12px13px15px17px
Tarix:07/04/12

YAP Nəsimi rayon təşkilatının “Facebook” səhifəsinin təqdimatı olub

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sosial şəbəkələrdə və ictimai-siyasi həyatda fəaliyyətinin tanıtımı məqsədilə tədbir keçirilib.

“İCTnews” elektron xəbər xidməti partiyanın rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gənclər birliklərinin sədrləri, eləcə də YAP-ın Nəsimi rayon təşkilatının Gənclər Birliyinin fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Məlahət İbrahimqızı YAP-ın gənclərlə birgə fəaliyyətini ildən-ilə genişləndirdiyini söyləyib. Onun sözlərinə görə, YAP Nəsimi rayon təşkilatı da bu işdə fəal iştirak edərək, gənclərlə daha sıx əməkdaşlıq qurur.

Daha sonra YAP Nəsimi rayon təşkilatının “Facebook” sosial şəbəkəsindəki səhifəsinin və “nasiminap.wordpress.com” bloqunun təqdimatı olub. Sonda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva YAP Nəsimi rayon təşkilatının sosial şəbəkələrdəki fəaliyyətini müsbət nümunə adlandırıb.

CAHANGİR




Baxış sayı: 2341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024