12px13px15px17px
Tarix:09/04/12

“Yandeks”in yeni “bulud” xidməti istifadəyə verilib

“Yandeks” şirkəti istifadəçi məlumatlarının saxlanılması üçün yeni  “Yandeks.Disk” adlı “bulud” xidmətini istifadəyə verib. Xidmət hələ ki beta-rejimdə işləyir və ondan yalnız dəvət vasitəsi ilə istifadə etmək mümkündür.

“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, “Yandeks.Disk” adlı “bulud” xidməti vasitəsilə istifadəçilər “bulud”da pulsuz olaraq 10 QB məlumat saxlaya bilərlər. Müqayisə üçün bildirim ki, dünyada ən populyar analoji xidmət olan  “Dropbox” istifadəçilər üçün pulsuz əsasda yalnız 2 QB disk sahəsi ayırır.

“Yandeks.Disk” xidmətinin digər funksiyaları oxşardır: məlumatlar avtomatik olaraq sinxronlaşdırılır, istifadəçi “bulud”a yüklənilmiş məlumatlara internetə çıxışı olan istənilən qurğudan giriş imkanı əldə edə bilər. Faylları qovluqlar üzrə çeşidləmək mümkündür.


 
EMİL
 




Baxış sayı: 1016

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024