Tarix:09/04/12
Ekkert hələ tələbə ikən professor Con Moşli ilə birlikdə kompyuter avadanlığı sahəsində bir neçə faydalı hazırlama düzəltmişdilər. Moşlidən 12 yaş cavan olan Ekkert texnika sahəsində həqiqətən virtuoz (mahir sənətkar) idi. O, 8 yaşında kiçik qəbuledici hazırlamışdı.
Onlar 1946-cı ildə hökumətin sifarişi üzrə "Eniac" (Electronic Numerical Integrator and Computer - elektron rəqəmli inteqrator və hesablayıcı) maşınını yaratdılar. Maşının konstruksiyası həddindən artıq mürəkkəb idi; 17468 lampa istifadə edilmişdi. Bu qədər sayda lampadan istifadə edilməsi "ENIAC" maşınının onluq say sistemində işləməsi ilə bağlı idi. Moşli onluq say sisteminə üstünlük verirdi və yaxud istəyirdi ki, "maşın insana aydın olsun".
Saniyədə 100 min impuls tezliklə eyni zamanda 17 min lampa işləyirdi. Ona görə hər saniyə 1,7 milyard vəziyyət yaranırdı və bu zaman lampalardan ən azı biri işləmirdi. Ekkert bu problemi də həll etdi: lampalara bir qədər daha aşağı gərginlik verməyə başladılar və qəzaların sayı həftədə birə və ya ikiyə qədər azaldı. Maşın onluq say sistemi ilə işləyirdi.
1948-ci ildə Ekkert və Moşli universiteti tərk etdilər və şəxsi kompyuter firmalarını yaratdılar. Onların təqdim etdiyi yeni model - "Binac" (Binary Automatic Computer) adlanırdı və bu maşında informasiyanın saxlanılması üçün artıq perfokartlardan deyil, maqnit lentindən istifadə edilmişdi.
Ekkert və Moşlinin 1951-ci ildə təqdim edilmiş üçüncü modeli "Univac-1" (Universal Automatic Computer), biznesdə müxtəlif məsələlərin həll edilməsi üçün nəzərdə tutulmuşdu. "Univac-1" maşını həm rəqəmli, həm də simvol informasiyasını emal edə bilirdi. Maşının birinci nüsxəsi ABŞ-da Əhalinin siyahıya alınması bürosuna verilmişdi. Bundan sonra “UNIVAC” maşınının bir çox müxtəlif modelləri yaradıldı və onlar müxtəlif fəaliyyət sahələrində tətbiq edilirdilər.
Ekkert 1967-ci ildə Milli Texniki Akademiyanın üzvü seçildi, 1969-cu ildə isə elmi zənginləşdirdiyi üçün “Milli elm” medalı ilə mükafatlandırıldı.O, 1995-ci il iyunun 3-də dünyasını dəyişib.
EMİL
9 aprel Con Ekkertin doğum günüdür
Con Ekkert 1919-cu il aprelin 9-da Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, Filadelfiya şəhərində yerləşən Pensilvaniya Universitetinin nəzdindəki Ali elektrotexnika məktəbində təhsil alıb. 1941-ci ildə orada bakalavr, 1943-cü ildə isə magistr dərəcəsini alıb.Ekkert hələ tələbə ikən professor Con Moşli ilə birlikdə kompyuter avadanlığı sahəsində bir neçə faydalı hazırlama düzəltmişdilər. Moşlidən 12 yaş cavan olan Ekkert texnika sahəsində həqiqətən virtuoz (mahir sənətkar) idi. O, 8 yaşında kiçik qəbuledici hazırlamışdı.
Onlar 1946-cı ildə hökumətin sifarişi üzrə "Eniac" (Electronic Numerical Integrator and Computer - elektron rəqəmli inteqrator və hesablayıcı) maşınını yaratdılar. Maşının konstruksiyası həddindən artıq mürəkkəb idi; 17468 lampa istifadə edilmişdi. Bu qədər sayda lampadan istifadə edilməsi "ENIAC" maşınının onluq say sistemində işləməsi ilə bağlı idi. Moşli onluq say sisteminə üstünlük verirdi və yaxud istəyirdi ki, "maşın insana aydın olsun".
Saniyədə 100 min impuls tezliklə eyni zamanda 17 min lampa işləyirdi. Ona görə hər saniyə 1,7 milyard vəziyyət yaranırdı və bu zaman lampalardan ən azı biri işləmirdi. Ekkert bu problemi də həll etdi: lampalara bir qədər daha aşağı gərginlik verməyə başladılar və qəzaların sayı həftədə birə və ya ikiyə qədər azaldı. Maşın onluq say sistemi ilə işləyirdi.
1948-ci ildə Ekkert və Moşli universiteti tərk etdilər və şəxsi kompyuter firmalarını yaratdılar. Onların təqdim etdiyi yeni model - "Binac" (Binary Automatic Computer) adlanırdı və bu maşında informasiyanın saxlanılması üçün artıq perfokartlardan deyil, maqnit lentindən istifadə edilmişdi.
Ekkert və Moşlinin 1951-ci ildə təqdim edilmiş üçüncü modeli "Univac-1" (Universal Automatic Computer), biznesdə müxtəlif məsələlərin həll edilməsi üçün nəzərdə tutulmuşdu. "Univac-1" maşını həm rəqəmli, həm də simvol informasiyasını emal edə bilirdi. Maşının birinci nüsxəsi ABŞ-da Əhalinin siyahıya alınması bürosuna verilmişdi. Bundan sonra “UNIVAC” maşınının bir çox müxtəlif modelləri yaradıldı və onlar müxtəlif fəaliyyət sahələrində tətbiq edilirdilər.
Ekkert 1967-ci ildə Milli Texniki Akademiyanın üzvü seçildi, 1969-cu ildə isə elmi zənginləşdirdiyi üçün “Milli elm” medalı ilə mükafatlandırıldı.O, 1995-ci il iyunun 3-də dünyasını dəyişib.
EMİL
Baxış sayı: 1257
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır