Tarix:10/04/12
Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2011-ci ilin mart ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 14,5% artıb, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı isə əksinə, 15,1% azalıb.
Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,4%), vergi növləri (17,5%), qeydiyyat (17,1%), hesabatlar və onların doldurulma qaydaları (13,4%), büdcə və vergi orqanının rekvizitləri (10,3%) ilə maraqlanıblar. Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib.
Vergi ödəyicilərindən daxil olan sualların 98,7%-nə müfəttiş-operatorlar dərhal, 1,3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 86,7%-i Bakı şəhərindən, 9,3%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.
Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 34 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
CAHANGİR
Vergi ödəyicilərinin 25,4 faizi elektron xidmətlərlə maraqlanıblar
2012-ci ilin mart ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 20.496, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 9490 müraciət cavablandırılıb, 7.231 vergi ödəyicisi mesaj göndərilməklə məlumatlandırılıb.Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2011-ci ilin mart ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 14,5% artıb, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı isə əksinə, 15,1% azalıb.
Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,4%), vergi növləri (17,5%), qeydiyyat (17,1%), hesabatlar və onların doldurulma qaydaları (13,4%), büdcə və vergi orqanının rekvizitləri (10,3%) ilə maraqlanıblar. Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib.
Vergi ödəyicilərindən daxil olan sualların 98,7%-nə müfəttiş-operatorlar dərhal, 1,3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 86,7%-i Bakı şəhərindən, 9,3%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.
Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 34 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
CAHANGİR
Baxış sayı: 1301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır