12px13px15px17px
Tarix:06/07/11

“Azercell” online müştəri xidmətini istifadəyə verir

“Azercell” online müştəri xidmətlərini istifadəyə verir. İyulun 6-dan etibarən hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər şirkətin rəsmi “www.azercell.com” saytında qeydiyyatdan keçməklə online müştəri xidmətlərindən yararlana biləcəklər.
Artıq müştəri xidmətlərinə getmək və ya telefonda “Azercell” operatoru ilə bağlantını gözləməyə ehtiyac yoxdur. Saytda qeydiyyatdan keçən abonentlər dərhal müştərilərlə əlaqələr təmsilçisi ilə canlı söhbətə (çata) daxil olub onlara istədikləri sualı verib və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edirlər.
Bu yeni xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün faydalıdır. Onlar rouminqdə ikən bahalı beynəlxalq zənglərə pul xərcləmədən “Azercell” ilə əlaqə yaradacaq, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldəcəklər. Online müştəri xidmətləri bütün kateqoriyaya aid abonentlər – Fakturalı Xətt, Fakturasız Xətt və Korporativ abonentlər üçün tətbiq edilir.
Qeyd etmək lazımdır ki, mövcud sistem, müştərilər ilə əlaqə mərkəzləri sahəsində dünyada lider olan “Avaya” şirkətinin avadanlığı əsasında fəaliyyət göstərir. “Avaya” şirkətinin rəsmi təmsilçisi və qızıl partnyoru, Orta Asiya və Qafqazda “Call Center” üzrə aparıcı sistem inteqratoru olan R.I.S.K. şirkəti, mövcud layihəni uğurla həyata keçirmişdir.



Baxış sayı: 1408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024