Tarix:12/04/12
Müzakirədə Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda, bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd etmişdir.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılmışdır.
Eyni zamanda digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi vurğulanmışdır.
Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.
Bu işlərə özəl sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilmişdir.
Genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi üçün özəl sektora güzəştli şərtlərlə yeni imkanlar yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilmişdir.Müzakirədə Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda, bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd etmişdir.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılmışdır.
Eyni zamanda digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi vurğulanmışdır.
Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.
Bu işlərə özəl sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilmişdir.
Baxış sayı: 1659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib