12px13px15px17px
Tarix:13/04/12

Qazaxıstanda 1 milyon elektron imza verilib

Qazaxıstanda 1 milyon elektron imza verilib. “İCTnews.az” elektron xəbər xidməti “corp.cnews.ru” saytına istinadən  bildirir ki, 2012-ci ilin əvvəlindən Qazaxıstanda təxminən 100000 elektron imza verilib. Müqayisə üçün: 2010-cu ildə 316000, 2011-ci ildə isə 478292 elektron imza verilib.

Hazırda Qazaxıstan Respublikasında "elektron hökumət" çərçivəsində  2000-dən çox informasiya, həmçinin 219 interaktiv və əməliyyat xidməti təqdim edilib.

Məlumat üçün bildirim ki, elektron imza – bu, şəxsən yazılmış imzanın analoqudur və o, xidmətlərdən onlayn rejimdə istifadə etmək imkanı yaradır. Elektron imza istifadəçilərə elektron sənədin həqiqiliyini təsdiq etmək imkanı yaradır.

Beləliklə, bu və ya digər elektron xidmətlərdən  evdən çıxmadan və ya ofisdən istifadə etmək mümkündür. Həmçinin vaxta qənaət olunur.
 
 
EMİL




Baxış sayı: 1634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024