Tarix:13/04/12
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, vaxtın uzadılması jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən həyata keçirilib.
Qeyd edək ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müsabiqədə iştirak üçün məqalələri 21 aprel tarixinədək təqdim etmək üçün info@media.az elektron poçtuna və ya (070) 315 51 51 müraciət etmək mümkündür.
Radio və televiziya reportajlarının isə CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, buraya “İMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “İMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” kimi mövzular daxildir.
Qaliblər ekspertlərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Dörd ən yaxşı müəllif “Samsung Salaxy II”, “Nokia Lumia 800”, “Blackberry 9900” və “HTC Rhyme” smartfon modelləri ilə mükafatlandırılacaqlar. Müəlliflərin qiymətləndirilməsi zamanı məqalələrin sayı əlavə üstünlük hesab edilir.
HƏQİQƏT
“Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” müsabiqəsinin vaxtı uzadılıb
İKT İnformasiya Mərkəzi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”şirkətlərinin “Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” mövzusunda birgə keçirdikləri müsabiqənin vaxtı aprelin 21-nə qədər uzadılıb.Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, vaxtın uzadılması jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən həyata keçirilib.
Qeyd edək ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müsabiqədə iştirak üçün məqalələri 21 aprel tarixinədək təqdim etmək üçün info@media.az elektron poçtuna və ya (070) 315 51 51 müraciət etmək mümkündür.
Radio və televiziya reportajlarının isə CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, buraya “İMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “İMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” kimi mövzular daxildir.
Qaliblər ekspertlərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Dörd ən yaxşı müəllif “Samsung Salaxy II”, “Nokia Lumia 800”, “Blackberry 9900” və “HTC Rhyme” smartfon modelləri ilə mükafatlandırılacaqlar. Müəlliflərin qiymətləndirilməsi zamanı məqalələrin sayı əlavə üstünlük hesab edilir.
HƏQİQƏT
Baxış sayı: 1649
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır