Tarix:13/04/12
Öncə elektron elmin şəbəkə platforması və infrastrukturu olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışını bildirən rəmzi lent kəsildi.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verərək şəbəkənin istismarı və texniki imkanlarının artırılması, inkişaf perspektivləri, beynəlxalq tələblər səviyyəsində inkişafı ilə bağlı görüləcək işlərdən söhbət açdı.
Bildirdi ki, hazırda institutda AzScienceNet-in veb-saytının, şəbəkə istifadəçilərinin kompyuterləri üçün vahid verilənlər bazası əsasında reyestr sisteminin yaradılması, videokonfrans sisteminin təşkili, mürəkkəb riyazi məsələlərin həllində vacib rol oynayan Verilənlərin Emalı Mərkəzinin (DATA Center) yaradılması ilə bağlı işlər aparılır.
E-elm proqramının tələblərinə müvafiq olaraq AzScienceNet-in yalnız İnternet xidmətləri deyil, Eduroam, Cloud computing, Grid və kontent provayding kimi xidmətlər də göstərməsinin təşkilinə dair kompleks işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
AzScienceNet EKŞ-nin keyfiyyət göstəricilərinə və informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinə operativ nəzarəti həyata keçirmək üçün "Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti"nin yaradıldığı, şəbəkədə baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu insidentlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin yaradılması məqsədilə AZ-CERT qurumu, o cümlədən mərkəzləşdirilmiş antispam və antivirus servislərinin təşkil edildiyini söylədi.
Qeyd edək ki, AZ-CERT qurumu 31 may 2011-ci ildə TERENA təşkilatının himayəsi altında olan Trustel Introducer sistemində qeydiyyat və akkreditasiyadan keçib.
Elmi tədqiqatların innovativ tələblərə müvafiq olaraq aparılması, səmərəli nəticələrin əldə edilməsi üçün yaradılmış şəraitlə, innovativ layihələrlə tanış olan qonaqlar AzScienceNet-in beynəlxalq standartlar səviyyəsində fəaliyyəti üçün burada görülən işləri, texniki və təşkilati tədbirləri yüksək qiymətləndirdilər.
AMEA korporativ şəbəkəsinin əsasında AzScienceNet şəbəkəsinin yaradılaraq inkişaf etdirilməsi "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"-dan irəli gələn tapşırıqların həlli çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tam hüquqlu üzvü seçilib. Respublikamızda formalaşan e-Azərbaycanın bir seqmenti olan e-elmin şəbəkə platforması AzScienceNet YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınıb.
Bu isə, öz növbəsində, Azərbaycanın elmi-tədqiqat şəbəkəsinin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiyası baxımından mühüm addımdır. Şəbəkənin istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.
Sonra qonaqlar İTİ-nin Multimedia Mərkəzi və "İnformasiya texnologiyaları" nəşriyyatında oldular. Onlara müasir kompyuter qrafikası və dizayn proqramlarının tətbiqi ilə görülən işlər haqqında məlumat verildi.
Çap məhsullarının yüksək keyfiyyətini təmin edən, dünya standartlarına uyğun rəqəmsal mətbəə avadanlıqlarına malik olan nəşriyyatda informatika və İKT üzrə müxtəlif kitab və dərsliklərin nəşri, müasir kompyuter proqramlarına dair praktiki vəsaitlərin hazırlanması ilə bağlı görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılandı.
Bildirildi ki, burada həmçinin müxtəlif tədbir və konfransların yüksək keyfiyyətli video çəkilişlərinin aparılması, video montaj işləri peşəkar kadr potensialı tərəfindən həyata keçirilir.
İT sahəsində son nailiyyətləri, o cümlədən institutun həyatında baş verən əlamətdar hadisələri, keçirilən müxtəlif səpkili tədbirlərı və s. əks etdirən İnfoTV-nin fəaliyyəti ilə tanış oldular.
İTİ-nin müasir standartlar səviyyəsində fəaliyyət göstərən Tədris-İnnovasiya və Distant Tədris mərkəzlərində olan qonaqlara Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verdi.
İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətini vurğulayan R.Mahmudova innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirdi.
Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara informatika fənninin tədrisi, bu fənn üzrə imtahanların keçirildiyini qeyd edərək respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən tədqiqatçıların müasir İT biliklərə yiyələnməsi, elmi-tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şəraitin yaradıldığını bildirdi.
R.Mahmudova 2003-2011-ci illər ərzində 10 209 doktorant və dissertanta informatika fənninin tədris olunduğunu söylədi. Bundan əlavə, mərkəzdə institutun alim və mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikanın elmi-tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisi aparılır.
Gələcəkdə ölkənin digər bölgələrinə də belə xidmət göstərilməsi planlaşdırılır. Daha sonra dövlət qurumlarının və digər təşkilatların əməkdaşları üçün təşkil edilən kurslar haqqında məlumat verildi.
Gənclərin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadının aşkara çıxarılması məqsədilə informatika üzrə həyata keçirilən olimpiada və layihələr haqqında ətraflı məlumat verildi.
Azərbaycanın proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalarda layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi məsələlərinə toxunularaq Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Gənc Proqramçılar Məktəbi və Olimpiya Mərkəzinin yaradıldığı bildirildi. 2007-ci ildən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və institutun birgə təşkilatçılığı ilə tələbələr arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının təşkil olunduğu söylənildi.
Bildirildi ki, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca hədəflərindəndir.
Tədris-İnnovasiya Mərkəzində artıq 5 ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Bakı Dövlət Universiteti ilə birgə innovativ layihəsi əsasında "Jurnalistika" fakültəsinin tələbələri üçün keçirilən informasiya cəmiyyətinin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları və müxtəlif istiqamətlərinin tədrisi məqsədi daşıyan "İnformasiya cəmiyyətinin əsasları" kursu haqda da məlumat verildi.
Sonra qonaqlar İTİ-nin kiçik konfrans zalında institutun elmi və elmi-təşkilati fəaliyyətini, elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlərlə tanış oldular. Bildirildi ki, 2005-2011-ci illər ərzində institutun əməkdaşları beynəlxalq səviyyəli konfrans və simpoziumlarda 243, respublika səviyyəli konfranslarda isə 159 məruzə ilə çıxış ediblər.
Bu illər ərzində xaricdə nəşr olunan elmi jurnallarda 231, respublikada isə 163 məqalə dərc edilib. İnstitut əməkdaşlarının elmi əsərlərinin dünyanın məşhur reyestrləri olan Scopus, Thomson Reuters, DBLP, Scirus-da paylanması ilə bağlı statistik məlumatlar verildi. İnstitutun informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə 35, o cümlədən 28 xarici jurnalın abunəçisi olduğu bildirildi.
İnstitutda keçirilən elmi konfrans və iclasları, olimpiadaları, xarici qonaqlarla görüşləri özündə əks etdirən fotogörüntülər nümayiş etdirildi.
İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi problemləri ilə məşğul olan institutun strukturlarında olan qonaqlar burada innovasiya fəaliyyətinin yüksək səviyyədə təşkili, bir sözlə elmi-texniki və innovasiya siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən işlərlə tanış oldular. İnstitutda aparılan elmi-tədqiqat işləri, müxtəlif İKT layihələrinin həyata keçirilməsində görülən tədbirlər və s.
haqqında məlumat verildi. İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində "E-elm" layihəsi çərçivəsində aparılan mühüm işlərdən söhbət açıldı.
Verilənlərin analitik informasiya və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik sistemlərin təhlükəsizliyi, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları, linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verildi.
Qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi portalı olan www.science.gov.az–ın fəaliyyətinə həsr olunmuş təqdimatla tanış oldular. 1995-ci ildə yaradılan www.science.gov.az-ın Azərbaycanın ilk veb-saytı olduğu bildirildi, portalın cari vəziyyəti və inkişaf perspektivləri haqqında ətraflı məlumat verildi.
Sonra institutun yeni istifadəyə verilmiş böyük konfrans zalında institutun Elmi Şura üzvləri, doktorant və dissertantlarının iştirakı ilə institutun elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan professor Rasim Əliquliyev institutun yaranma tarixi, elmi-tədqiqat, elmi-innovasiya, tədris-innovasiya fəaliyyəti haqqında geniş məlumat verdi.
İnstitutun yaradılması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi qayğısının olduğunu vurğulayan alim ulu öndərin Azərbaycan dövlətçilik salnaməsinə yazılan əvəzsiz xidmətlərindən söhbət açdı.
Son illər ərzində digər sahələrlə yanaşı İKT sahəsində də görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayan alim təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurların qazanılmasında Respublika Prezidenti İlham Əliyevin İKT sahəsini prioritet sahə elan edərək bu sahəyə xüsusi diqqət yönəltməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
O, Prezident İ.Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın İKT-nin geniş tətbiqinə imkan yaradan konsepsiya olduğunu vurğuladı.
Müasir dövrdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması və innovativ həlli istiqamətində mühüm tədqiqatların aparılması, İT sahəsində peşəkar kadrların yetişdirilməsinin istənilən ölkənin strateji hədəflərindən olduğunu bildirən professor R.Əliquliyev bu gün institutun apardığı tədqiqatlar, iştirak etdiyi dövlət proqramları, həyata keçirdiyi müxtəlif layihə və tədbirlər, təşkil etdiyi innovativ təlim və tədris kurslarının da bu məqsədlərə xidmət etdiyini söylədi.
İnstitutun fəaliyyətinin əsasını "elm - təhsil - innovasiya" üçbucağının təşkil etdiyini vurğulayan institut direktoru İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlandığını bildirdi.
Alim bu gün institutun respublikanın və beynəlxalq təşkilatların ayrı-ayrı qurumlarının innovativ təfəkkürə malik peşəkar mütəxəssislərlə təminində mühüm rol oynadığını qeyd etdi. Hazırda institutda 226 əməkdaşın çalışdığını söyləyən R.Əliquliyev bildirdi ki, elmi araşdırmalar mərkəzində 120 nəfər fəaliyyət göstərir ki, onlardan da 62 nəfəri doktorant və dissertantdır.
O, institut əməkdaşlarının orta yaşının 33 olduğunu qeyd etdi.
İnstitutun əməkdaşlıq əlaqələrindən də söhbət açan alim hazırda dünyanın 33 ölkəsinin (ABŞ, Cənubi Koreya, Rusiya, Polşa, Argentina, Belarus, Çin və s.) müvafiq qurumları ilə elmi əməkdaşlıq münasibətlərinin qurulduğunu, beynəlxalq qurumlarla (TERENA, UNESCO, İEEE, ACM, İSESCO və s.) münasibətlərin intensiv inkişaf etdiyini bildirdi.
Respublikamızın regionda İKT sahəsində lider dövlət olduğunu bir daha nəzərə çatdıran professor bu birinciliyin qorunması üçün əməkdaşlıq əlaqələrinin davamlı inkişafı, ixtisaslı kadr potensialının təkmilləşdirilməsi, İKT infrastrukturunun inkişaf etdirilməsinin zəruriliyini bildirdi.
Çıxışının sonunda R.Əliquliyev görülən bu işlərdə dəstək vermiş hər bir şəxsə və quruma kollektivin adından minnətdarlığını bildirdi: "Sizləri əmin edirik ki, bundan sonra da intellektual potensialımızı Respublika Prezidenti cənab İlham Əliyevin qarşımızda qoyduğu bütün vəzifələri yüksək məsuliyyətlə həyata keçirmək üçün səfərbər edəcəyik, Azərbaycan elminə layiqli töhfəmizi verəcəyik".
AMEA İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işləri, müxtəlif səpkili layihələri yüksək dəyərləndirən AMEA prezidenti akademik Mahmud Kərimov fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmuş institutda görülmüş işlərin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın tərkib hissəsi olduğunu bildirdi.
"İT sahəsində güclü kadr potensialı olmadan dinamik, innovativ inkişafa nail olmaq mümkün deyil" – bildirən M.Kərimov bu baxımdan institutun peşəkar kadr hazırlığı və İT sahəsindəki fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söylədi. İnstitut rəhbərliyi və kollektivinə Azərbaycan elminin tərəqqisi yolunda uğurlar dilədi.
"AMEA İnformasiya Texnologiyaları İnstitutunun yeni siması bizi heyran etdi" – bildirən Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov İTİ-də müasir texnologiyaların təchizatı, innovativ elmi fəaliyyətin aparılması üçün görülən işlərin yüksək səviyyədə təşkil edildiyini söylədi.
Azərbaycanda istənilən sahədə elmi nəticələrin kommersiyalaşdırılmasının təşkilinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd edən nazir bildirdi ki, bu sahədə İT-nin imkanlarından geniş istifadə edilməlidir.
İnkişaf etmiş ölkələrin innovasiya fəaliyyətindən əldə etdiyi nailiyyətlərdən danışan Ə.Abbasov "Microsoft" korporasiyasının elmin inkişafına milyardlarla dollar məbləğində vəsait yatırdığını vurğuladı.
Nazır institutda əldə edilmiş innovativ nəticələrə görə İTİ-nin kollektivini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.
Sonra çıxış edən Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi akademik Akif Hacıyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədov AMEA İnformasiya Texnologiyaları İnstitutunun innovativ inkişaf yolunu tutmuş elmi müəssisə olduğunu, bu yolun böyük inam və etibarla inkişaf etdirildiyini bildirərək qeyri-neft sektorunun aparıcı sahəsi hesab olunan İKT-nin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını söylədilər.
Yüksək intellektual potensial tələb edən biliklər iqtisadiyyatına inteqrasiya edən Azərbaycanda milli kadr siyasətini, dünya elminə inteqrasiya proseslərinin vüsət almasının yüksək səviyyədə təşkili üçün mühüm işləri həyata keçirməyə davam edən İnformasiya Texnologiyaları İnstitutuna gələcək fəaliyyətində uğurlar dilədilər.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatına həsr olunmuş tədbir keçirildi
AMEA İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatına həsr olunmuş tədbir keçirildi. Mərasimdə AMEA prezidenti akademik Mahmud Kərimov, Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov, Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədov, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov və digər rəsmi şəxslər iştirak edirdilər.Öncə elektron elmin şəbəkə platforması və infrastrukturu olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışını bildirən rəmzi lent kəsildi.

Baxış sayı: 1515
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır