Tarix:14/04/12
Görülən işlər çərçivəsində, ilk növbədə bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar üçün agentliyin rəsmi saytında yerləşdirilən elektron xidmətlər bölməsinin interaktiv xidmətlər və informativ xidmətlər altbölmələrində həm e-qeydiyyat, həm də müəlliflik hüququ obyektlərinin qeydiyyatı və inteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair təlimatla tanış olmaq imkanı yaradılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə agentliyin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, hazırda agentlik tərəfindən müəlliflik hüququ obyekti, əlaqəli hüquqlar obyekti, müəlliflik və xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları, inteqral sxem topologiyalarının və əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilənin onlayn qeydiyyatı həyata keçirilir.
Əsərin, əlaqəli hüquq obyektinin və digər oxşar əqli mülkiyyət obyektlərinin e-qeydiyyatı üçün ilk növbədə sifarişçi elektron xidmətlər bölməsində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra ona məxsus elektron poçt ünvanına “təsdiq” məktubu gəlir.
Bu mərhələni keçəndən sonra sifarişçi Müəllif Hüquqları Agentliyinin qeydiyyat bazasına daxil olur və əsərini qeydiyyata təqdim edir.
Şöbədən, həmçinin məlumat verilib ki, əqli mülkiyyət obyektlərinin, hüquqların verilməsi üzrə müqavilələrin və əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatına görə dövlət rüsumunun elektron qaydada ödənilməsi üzrə işlər artıq yekun mərhələsindədir və yaxın zamanda bu xidmətdən də elektron şəkildə istifadə etmək mümkün olacaq.
CAHANGİR
MHA tərəfindən göstərilən bütün xidmətlərin qeydiyyatı onlayn rejimdə həyata keçirilir
Müəllif Hüquqları Agentliyində (MHA) “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq elektron xidmətlərin tətbiqinə xüsusi önəm verilir. Bununla əlaqədar agentlik tərəfindən artıq bir çox işlər görülüb.Görülən işlər çərçivəsində, ilk növbədə bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar üçün agentliyin rəsmi saytında yerləşdirilən elektron xidmətlər bölməsinin interaktiv xidmətlər və informativ xidmətlər altbölmələrində həm e-qeydiyyat, həm də müəlliflik hüququ obyektlərinin qeydiyyatı və inteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair təlimatla tanış olmaq imkanı yaradılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə agentliyin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, hazırda agentlik tərəfindən müəlliflik hüququ obyekti, əlaqəli hüquqlar obyekti, müəlliflik və xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları, inteqral sxem topologiyalarının və əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilənin onlayn qeydiyyatı həyata keçirilir.
Əsərin, əlaqəli hüquq obyektinin və digər oxşar əqli mülkiyyət obyektlərinin e-qeydiyyatı üçün ilk növbədə sifarişçi elektron xidmətlər bölməsində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra ona məxsus elektron poçt ünvanına “təsdiq” məktubu gəlir.
Bu mərhələni keçəndən sonra sifarişçi Müəllif Hüquqları Agentliyinin qeydiyyat bazasına daxil olur və əsərini qeydiyyata təqdim edir.
Şöbədən, həmçinin məlumat verilib ki, əqli mülkiyyət obyektlərinin, hüquqların verilməsi üzrə müqavilələrin və əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatına görə dövlət rüsumunun elektron qaydada ödənilməsi üzrə işlər artıq yekun mərhələsindədir və yaxın zamanda bu xidmətdən də elektron şəkildə istifadə etmək mümkün olacaq.
CAHANGİR
Baxış sayı: 1684
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib