



Tarix:16/04/12
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib.
Olimpiadanın 15 aprel 2012-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.
İlk mərhələnin nəticələrinə görə, Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb. Bununla yanaşı, cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların aktivliyi nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda dəvət olunub.
Olimpiadanın final mərhələsinin 29 aprel 2012-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar Azerfon və BestComp Group şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
"Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na start verilib

Olimpiadanın 15 aprel 2012-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.
İlk mərhələnin nəticələrinə görə, Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb. Bununla yanaşı, cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların aktivliyi nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda dəvət olunub.
Olimpiadanın final mərhələsinin 29 aprel 2012-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar Azerfon və BestComp Group şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Baxış sayı: 1390
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır