Tarix:17/04/12
“Microsoft” korporasiyası “Skype” internet-telefoniya xidmətinin veb-səyyahlar üçün versiyasını istifadəyə verəcək. Heç bir əlavə plaqin və proqram təminatı quraşdırmaq lazım olmayacaq. Bu barədə “WP Sauce” bloqu məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası saytında 3 vakansiya haqqında elan yerləşdirib. Birinci elanda şirkət "Skype for Browsers" qrupuna proqramçılar dəvət edir. Digər elanlarda namizədlərdən “HTML5” texnologiyasından istifadə etməklə istifadəçi interfeyslərinin yaradılması təcrübəsi tələb edilir.
Vakansiyalar saytda martın 22-dən aprelin 14-dək yerləşdirilib. İki əməkdaş London ofisində, üçüncü isə Praqada işləyəcək.
Məlumat üçün bildirim ki, “Microsoft” korporasiyası “Skype” internet-telefoniya xidmətini 2011-ci ildə 8,5 milyard dollara satın alıb. İstifadəçi “Skype” xidməti vasitəsilə əlaqə saxlamaq üçün kompyuter və ya mobil qurğuya proqram quraşdırmalıdır. “Facebook” sosial şəbəkəsinə “Skype” əsasında videoçat quraşdırılıb, lakin o da xüsusi əlavə quraşdırılmasını tələb edir.
EMİL
“Skype” internet-telefoniya xidməti veb-səyyahlarda da işləyəcək

Baxış sayı: 1468
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib