12px13px15px17px
Tarix:17/04/12

Aprelin 20-də yeni nəsil “iPad” planşeti daha 11 ölkədə satılacaq

2012-ci il martın 7-də təqdim edilən yeni nəsil “iPad” planşeti daha sonra dünyanın 20 ölkəsində satışa çıxarıldı. Aprelin 20-də isə daha 11 ölkədə satışa çıxarılacaq. Bu barədə “Apple” korporasiyası rəsmi olaraq öz saytında məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki,  2012-ci il aprelin 20-də yeni nəsil “iPad” planşet kompyuterini Bruney, Dominikan Respublikası, Qvatemala, Xorvatiya, Kipr, Malayziya, Panama, Salvador, Sen-Martena, Uruqvay, Cənubi Koreya və Venesuelada satın almaq mümkün olacaq. Aprelin 27-də isə planşet İsrail, Hindistan, Kolumbiya, Latviya, Litva, Tayland, Çernoqoriya, Estoniya və Cənubi Afrikada satışa çıxarılacaq.

Məlumat üçün bildirim ki, yeni nəsil “iPad” planşet kompyuteri yüksək ayırdetmə dəqiqliyinə malik “Retina” ekranla, ikinüvəli “A5X” prosessor və 1080p formatında video çəkmək xüsusiyyətinə malik 5 meqapikselli kamera ilə təchiz edilib. Aparatın avtonom iş müddəti 10 saata bərabərdir.
 

EMİL




Baxış sayı: 1295

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024