12px13px15px17px
Tarix:17/04/12

“Nar Mobile” “Iteca Caspian” şirkətinin kommunikasiya tərəfdaşı oldu

Azərbaycanda “3G” texnologiyasını təqdim edən ilk mobil operator olan “Nar Mobile” Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan “Iteca Caspian” şirkətinin kommunikasiya tərəfdaşıdır.

“Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən beynəlxalq sərgi və konfranslar regionun infrastrukturunda inkişaf istiqamətləri və Azərbaycanın iqtisadiyyatının fərqli sahələr üzrə inkişaf tendensiyalarının göstəricisidir. “Nar Mobile” öz növbəsində,  tərəfdaşlıq razılaşmasına uyğun olaraq iki ildən artıqdır ki, “Iteca Caspian” tərəfindən təşkil olunan bütün sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir.
 
“Təsadüfi deyil ki, Xəzər regionunun ən böyük sərgiləri ölkəmizdə keçirilir, iri şirkətlər isə öz məhsullarını nümayiş etdirmək üçün məhz Azərbaycanı seçirlər. “Iteca Caspian” şirkəti sərgi və konfransların yüksək səviyyədə keçirilməsi üçün ölkəmizin ən böyük və məşhur şirkətləri ilə tərəfdaşlıq edir, işbirliyi yaradır. Belə şirkətlərdən biri “Nar Mobile” mobil operatorudur.

Artıq uzun müddətdir ki, şirkətimiz “Nar Mobile” ilə tərəfdaş şirkətdir və bu illər ərzində əməkdaşlıq bizim üçün çox faydalı olub. Mən çox şadam ki, bizim “Nar Mobile” kimi tərəfdaşımız və sözün əsl mənasında, dostumuz var”,  – deyə “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib.

“Iteca Caspian” şirkətinin “Nar Mobile” tərəfdaşları sırasında özünə məxsus yeri var. Son illər “Nar Mobile” və “Iteca Caspian” şirkətləri Azərbaycanın İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və mobil rabitə sahəsinə bir çox yeni nailiyyətlər gətiriblər.

“Nar Mobile” hər il öz innovativlik siyasətinə sadiq qalaraq adı çəkilən sahələrə yeniliklər gətirir. Bu il nümayiş etdirdiyimiz layihələr – MDB məkanında ilk dəfə olaraq təyyarələrdə tam mobil xidmətlərin göstərilməsi bunun açıq nümunəsidir.

“Iteca Caspian”  da öz sərgi və konfransları ilə İKT və mobil rabitə sahələrinə öz töhfələrini verir. Bundan başqa hər iki şirkət neft-qaz, qida və digər sahələrdə də İKT və mobil rabitə texnologiyalarından istifadənin inkişafı üçün öz səylərini əsirgəmirlər”, - deyə “Azerfon” şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirmişdi.

Qeyd edək ki, “Iteca Caspian” Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan ən nüfuzlu qurumdur. “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilər Neft və qaz, Tikinti, Telekommunikasiya və informasiya texnologiyaları, Mühafizə və təhlükəsizlik, Qida sənayesi, Kənd təsərrüfatı, Nəqliyyat, Avtomobillər, Səhiyyə, Gözəllik və sağlamlıq, Səyahət və turizm, Otel sənayesi, Təhsil və karyera, Mebel və interyer kimi mövzuları əhatə edir. 

“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.




Baxış sayı: 1896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024