Tarix:18/04/12
Bu parkların yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirəcək. Dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sənayeləşmə siyasəti uğurla davam etdirilir”. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözlər aprelin 17-də İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) birgə təşkilatçılığı ilə keçirilən “Sənaye Parkları üzrə Regional Konfrans”da səsləndirilib.
Azərbaycanın aidiyyəti dövlət qurumlarının, BMT-nin Sənaye İnkişafı Təşkilatının və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycanla BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. N.Səfərov ölkəmizin iqtisadi inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış 17 zavodda hazırda müasir texnologiyalar əsasında müxtəlif sənaye məhsulları istehsal edilir.
UNİDO-nun Regional proqramlar bürosunun Avropa və MDB proqramları üzrə rəhbəri Olqa Memedoviç sənaye parklarının yaradılması və inkişaf etdirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. O, MDB, Mərkəzi və Şərqi Avropa dövlətlərində sənaye parklarının yerli və regional sənayenin inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyəti barədə məlumat verib. Sonda Olqa Memedoviçin “Sənaye parkları, klasterlər və regional innovasiya sistemləri” mövzusunda təqdimatı olub.
UNİDO-nun Proqram inkişafı və texniki əməkdaşlıq şöbəsinin mütəxəssisi Fabrizio Kondorelli “Sənaye parklarının inkişafında mövcud vəziyyət və perspektivlər”, Təşkilatın sənaye zonaları üzrə aparıcı mütəxəssis Luk Solliyer-Bresset ”Texnoloji biliklərin, innovasiyaların artırılmasında sənaye parklarının rolu”, “Group Shannon Development” şirkətinin direktoru Eugene Brennan “Davamlı sənaye inkişafında sənaye parklarının potensialı”, UNİDO-nun Təmiz və Davamlı İstehsalat Birliyinin müdiri Rene Van Berkel “Eko-sənaye şəhərlərinin konsepsiya, təcrübə və tətbiqində qlobal perspektivlər”, Lyublyana texnologiyalar parkının rəhbəri İztok Lesyak “Sənaye parklarının rəqabət qabiliyyətini artırma və yerli təchizat zəncirinin inkişaf etdirilməsi” mövzularında məruzələrlə çıxış ediblər, sənaye parkları sahəsində ixtisaslaşmış mütəxəssislərin müxtəlif mövzularda təqdimatları dinlənilib.
HƏQİQƏT
Sumqayıt kimya sənaye və Balaxanı sənaye parkları innovativ və yüksək texnologiyalara əsaslanan sənayenin inkişafına təkan verəcək
“Respublika prezidentinin fərman və sərəncamı ilə yaradılmış Sumqayıt kimya sənaye və Balaxanı sənaye parkları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsinə və sənaye istehsalının artmasına təkan verəcək.Bu parkların yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirəcək. Dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sənayeləşmə siyasəti uğurla davam etdirilir”. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözlər aprelin 17-də İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) birgə təşkilatçılığı ilə keçirilən “Sənaye Parkları üzrə Regional Konfrans”da səsləndirilib.
Azərbaycanın aidiyyəti dövlət qurumlarının, BMT-nin Sənaye İnkişafı Təşkilatının və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycanla BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. N.Səfərov ölkəmizin iqtisadi inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış 17 zavodda hazırda müasir texnologiyalar əsasında müxtəlif sənaye məhsulları istehsal edilir.
UNİDO-nun Regional proqramlar bürosunun Avropa və MDB proqramları üzrə rəhbəri Olqa Memedoviç sənaye parklarının yaradılması və inkişaf etdirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. O, MDB, Mərkəzi və Şərqi Avropa dövlətlərində sənaye parklarının yerli və regional sənayenin inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyəti barədə məlumat verib. Sonda Olqa Memedoviçin “Sənaye parkları, klasterlər və regional innovasiya sistemləri” mövzusunda təqdimatı olub.
UNİDO-nun Proqram inkişafı və texniki əməkdaşlıq şöbəsinin mütəxəssisi Fabrizio Kondorelli “Sənaye parklarının inkişafında mövcud vəziyyət və perspektivlər”, Təşkilatın sənaye zonaları üzrə aparıcı mütəxəssis Luk Solliyer-Bresset ”Texnoloji biliklərin, innovasiyaların artırılmasında sənaye parklarının rolu”, “Group Shannon Development” şirkətinin direktoru Eugene Brennan “Davamlı sənaye inkişafında sənaye parklarının potensialı”, UNİDO-nun Təmiz və Davamlı İstehsalat Birliyinin müdiri Rene Van Berkel “Eko-sənaye şəhərlərinin konsepsiya, təcrübə və tətbiqində qlobal perspektivlər”, Lyublyana texnologiyalar parkının rəhbəri İztok Lesyak “Sənaye parklarının rəqabət qabiliyyətini artırma və yerli təchizat zəncirinin inkişaf etdirilməsi” mövzularında məruzələrlə çıxış ediblər, sənaye parkları sahəsində ixtisaslaşmış mütəxəssislərin müxtəlif mövzularda təqdimatları dinlənilib.
HƏQİQƏT
Baxış sayı: 1951
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır