Tarix:18/04/12
Azərbaycan nümayəndə heyəti tərkibinə “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi ekspertiza komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird müşahidəçi Elçin Həsənli də daxildir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan “Sabahın alimləri” respublika müsabiqəsinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar liseyi”nin şagirdləri Arif Bayramov “İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem” layihəsinə görə və Mahirə Səfərəlizadə “Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması” layihəsinə görə fərdi layihə nominasiyasının qalibi olublar. Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə “Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyanın təsiri” layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan ediliblər: ”Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalar ilə bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, aparılan müzakirələrdə hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq. “İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi” dünyada ən böyük beynəlxalq elm müsabiqəsi olaraq, hər il 65 ölkədən, regiondan və ərazidən olan 1.500-dən artıq yuxarı sinif şagirdlərinin iştirakı ilə onların müstəqil tədqiqatlarını nümayiş etdirmək üçün forum təşkil edir.
“İntel ISEF” gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq aləmdə onların istedadlarını nümayiş etdirir, onların tədqiqatlarını təcrübəli alimlər tərəfindən mühakimə etməyə imkan yaradır. 2012-ci ildən etibarən Azərbaycan məktəbliləri bu tədbirin iştirakçılar siyahısına qatılıblar”.
HƏQİQƏT
Azərbaycan şagirdləri “İntel® - Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə iştirak edəcəklər
13-18 may 2012-ci il tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “İntel® - Beynəlxalq Elm və Mühəndislik Sərgisi” keçiriləcək. Sərgidə Azərbaycan tərəfindən 23-24 fevral 2012-ci il tarixlərində Bakı şəhərində keçirilən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti iştirak edəcək.Azərbaycan nümayəndə heyəti tərkibinə “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi ekspertiza komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird müşahidəçi Elçin Həsənli də daxildir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan “Sabahın alimləri” respublika müsabiqəsinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar liseyi”nin şagirdləri Arif Bayramov “İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem” layihəsinə görə və Mahirə Səfərəlizadə “Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması” layihəsinə görə fərdi layihə nominasiyasının qalibi olublar. Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə “Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyanın təsiri” layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan ediliblər: ”Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalar ilə bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, aparılan müzakirələrdə hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq. “İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi” dünyada ən böyük beynəlxalq elm müsabiqəsi olaraq, hər il 65 ölkədən, regiondan və ərazidən olan 1.500-dən artıq yuxarı sinif şagirdlərinin iştirakı ilə onların müstəqil tədqiqatlarını nümayiş etdirmək üçün forum təşkil edir.
“İntel ISEF” gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq aləmdə onların istedadlarını nümayiş etdirir, onların tədqiqatlarını təcrübəli alimlər tərəfindən mühakimə etməyə imkan yaradır. 2012-ci ildən etibarən Azərbaycan məktəbliləri bu tədbirin iştirakçılar siyahısına qatılıblar”.
HƏQİQƏT
Baxış sayı: 1887
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır