12px13px15px17px
Tarix:18/04/12

İİN müasir texnologiyaların tətbiqini daha da genişləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində struktur bölmələrin, tabeliyindəki qurumların, regional bölmələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

“İCTnews” elektron xidmətinin əldə etdiyi məlumata görə, müşavirədə Azərbaycan prezidentinin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İqtisadi İnkişaf Nazirliyinə verdiyi tapşırıqların icrası barədə nazirliyin müvafiq qurumlarının rəhbərlərinin hesabatı dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə çıxış edən İqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, infrastruktur layihələrinin icrası, sənaye parklarının yaradılmasının, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyaların tətbiqinin, idxalı əvəzləyən məhsulların istehsalının, ixrac imkanlarının daha da genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, elektron xidmətlərin daha geniş tətbiqi və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulayıb.
 
SEYMUR




Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024