Tarix:19/04/12
Amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.
O bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu deyib.
Əlavə edib ki, Dünya Bankının 2011-ci il üzrə hesabatlarında öz əksini tapmış və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib: “ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”.
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq bunun üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri S.Şərifov bildirib ki, gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarəedilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da sürətləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlinib.
İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr yeni “İpək yolu” konsepsiyası, 2020-ci ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrinin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər.
Tərəflər, həmçinin, müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını səsləndiriblər və bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər.
SEYMUR
Azərbaycanla ABŞ rabitə və informasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi aparacaq
Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyası işini başa çatdırıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.Amerikalı həmsədr Robert Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.
O bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib ki, bu da çox təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu deyib.
Əlavə edib ki, Dünya Bankının 2011-ci il üzrə hesabatlarında öz əksini tapmış və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib: “ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”.
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq bunun üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri S.Şərifov bildirib ki, gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarəedilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da sürətləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlinib.
İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr yeni “İpək yolu” konsepsiyası, 2020-ci ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrinin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər.
Tərəflər, həmçinin, müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını səsləndiriblər və bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər.
SEYMUR
Baxış sayı: 1221
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır