Tarix:20/04/12
Bundan başqa, ölkədə elektron ticarətin inkişafı yönündə konkret addımlar atılmalı, elektron ticarətin inkişafı üçün bu sahə əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, əlavə dəyər vergisinin bir deyil, “dəyişən dərəcələri”nin tətbiq edilməsi ilə bağlı təkliflər də verilib. Belə ki, əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur: ”Elə sferalar var ki, orada ƏDV faizi standart faizdən az olur. ƏDV-nin faizi sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır və vergidən yayınmanın qarşısını alır”. Səsləndirilən başqa təkliflərdə yenə beynəlxalq təcrübə əsas götürülüb.
Belə ki, bir sıra Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da rüblük bəyannamələrin illik hesabatla əvəz edilməsi fikri irəli sürülüb. Başqa təklifə görə, Vergilər Nazirliyi yanında Müşahidə Şurası yaradılmalı və həmin şuraya, hökumət qurumlarının nümayəndələri ilə yanaşı, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri də cəlb edilməlidir.
HƏQİQƏT
Elektron ticarətin inkişafı üçün bu sahənin ƏDV-dən azad olunması təklif olunur
Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yeni təkliflər səsləndirilib. “Vergitutma: Yeni vergi mədəniyyəti naminə” adlı ikinci vergi konfransında verilən təkliflərə görə, məcəlləyə ediləcək dəyişikliklər fonunda nağdsız ödənişlərin stimullaşdırılması məsələsinə xüsusi diqqət ayrılmalıdır.Bundan başqa, ölkədə elektron ticarətin inkişafı yönündə konkret addımlar atılmalı, elektron ticarətin inkişafı üçün bu sahə əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, əlavə dəyər vergisinin bir deyil, “dəyişən dərəcələri”nin tətbiq edilməsi ilə bağlı təkliflər də verilib. Belə ki, əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur: ”Elə sferalar var ki, orada ƏDV faizi standart faizdən az olur. ƏDV-nin faizi sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır və vergidən yayınmanın qarşısını alır”. Səsləndirilən başqa təkliflərdə yenə beynəlxalq təcrübə əsas götürülüb.
Belə ki, bir sıra Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da rüblük bəyannamələrin illik hesabatla əvəz edilməsi fikri irəli sürülüb. Başqa təklifə görə, Vergilər Nazirliyi yanında Müşahidə Şurası yaradılmalı və həmin şuraya, hökumət qurumlarının nümayəndələri ilə yanaşı, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri də cəlb edilməlidir.
HƏQİQƏT
Baxış sayı: 1448
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır