12px13px15px17px
Tarix:20/04/12

ƏƏSMN-də 11 növ elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı olaraq, aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) müşavirə keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə keçən müşavirə barədə “İCTnews” elektron xəbər xidmətinə ƏƏCMN-in mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb: ”Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin siyahısı” təsdiq edilib.

Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunub. Nazirliyin rəsmi internet informasiya resursu üzərindən 11 növ üzrə elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatmaq üzrədir”. Onun sözlərinə görə, artıq “Ünvanlı Sosial Yardımın alınması üçün e-müraciət”, “Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” xidmət bölmələri artıq fəaliyyət göstərir. Bununla yanaşı, 2011-ci ilin avqustundan 1 aprel 2012-ci il tarixədək “e-müraciət” xidməti vasitəsilə vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə əlaqədar ümumilikdə 1003 müraciəti qəbul edilərək aidiyyəti şöbələr tərəfindən baxılıb və cavablandırılıb.

Nazirlikdə yaradılan VS (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu  təşkil olunur. Hazırda Gəncə, Göyçay və Qusarda  mövcud olan bu sistemin gələcəkdə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.

Müşavirə zamanı nazirlik tərəfindən əhaliyə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin tətbiqi ilə bağlı texniki məsələlər müzakirə olunub. Nazir Füzuli Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa bir müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma  endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına yardım edəcək.

Bundan başqa, elektron xidmətlər əhaliyə göstərilən xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik və opertaiv qurulmasına da öz müsbət təsirini göstərəcək.
 
HƏQİQƏT




Baxış sayı: 1347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024