Tarix:20/04/12
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yenilənmiş sayta rayon, tarixi abidələr, turizm və s. haqqında bölmələr daxil edilib və elektron kataloq istifadəyə verilib.
E-kataloq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinin icrası məqsədilə yaradılıb. Elektron kataloq "Kitablar", "Retro kitablar", "Elektron kartoteka", "Diyarşünaslıq" və "Yeni kitablar" bölmələrini əhatə edir. E-kataloqun kitab bazasına Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə kitabxanaya hədiyyə edilmiş latın qrafikalı kitablar daxil edilir. Elektron kartoteka bazasına kitabxananın aldığı qəzet və jurnalların adları daxil edilib, habelə məqalələr işlənib. Kitabxananın abunə olduğu qəzet və jurnallar "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Paritet", "Palitra", "Səs", "Xaçmaz" (bölgə qəzeti), "Mədəni-Maarif", "Mədəniyyət" və s. kartotekada öz əksini tapıb.
Retro kataloq bazasına kitabxananın fondunda oxucular tərəfindən tez-tez soruşulan və latın qrafikasında nəşr olunmayan kirill qrafikalı kitabların daxil edilməsinə başlanılıb.
Diyarşünaslıq bazası elektron kataloqun ən maraqlı bazalarından biridir. Bu bazaya Xaçmaz haqqında nəşr olunan məqalələr daxildir.
Qeyd edək ki, yaxın günlərdə rayonun geniş ictimaiyyəti və ziyalıların iştirakı ilə e-kataloqun təqdimatı keçiriləcək.
CAHANGİR
Ölkəmizdə e-kataloq sistemi inkişaf etdirilir
Regionlarda kitabxana sisteminin elektron xidmətə keçidi istiqamətində işlər sürətlə həyata keçirilir. Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (www.xacmaz-mks.az) internet səhifəsinin yenidən qurulması da bu qəbildəndir.Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yenilənmiş sayta rayon, tarixi abidələr, turizm və s. haqqında bölmələr daxil edilib və elektron kataloq istifadəyə verilib.
E-kataloq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinin icrası məqsədilə yaradılıb. Elektron kataloq "Kitablar", "Retro kitablar", "Elektron kartoteka", "Diyarşünaslıq" və "Yeni kitablar" bölmələrini əhatə edir. E-kataloqun kitab bazasına Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə kitabxanaya hədiyyə edilmiş latın qrafikalı kitablar daxil edilir. Elektron kartoteka bazasına kitabxananın aldığı qəzet və jurnalların adları daxil edilib, habelə məqalələr işlənib. Kitabxananın abunə olduğu qəzet və jurnallar "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Paritet", "Palitra", "Səs", "Xaçmaz" (bölgə qəzeti), "Mədəni-Maarif", "Mədəniyyət" və s. kartotekada öz əksini tapıb.
Retro kataloq bazasına kitabxananın fondunda oxucular tərəfindən tez-tez soruşulan və latın qrafikasında nəşr olunmayan kirill qrafikalı kitabların daxil edilməsinə başlanılıb.
Diyarşünaslıq bazası elektron kataloqun ən maraqlı bazalarından biridir. Bu bazaya Xaçmaz haqqında nəşr olunan məqalələr daxildir.
Qeyd edək ki, yaxın günlərdə rayonun geniş ictimaiyyəti və ziyalıların iştirakı ilə e-kataloqun təqdimatı keçiriləcək.
CAHANGİR
Baxış sayı: 1520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır