12px13px15px17px
Tarix:07/07/11

Kompyuter oyunlarına daha çox vəsait xərclənəcək

“Gartner” analitik şirkətinin məlumatlarına əsasən, istehlakçıların oyun proqramına və aparat təminatına xərcləri artır. Bu şirkətin məlumatına görə, cari ilin sonuna aparat və proqram təminatına, həmçinin onlayn oyun kontentinə olan xərclər 74,4 milyard dollara çatacaq. Bu da keçənilki nəticədən (67 milyard) 10,4% çoxdur. 2011-ci ildə onlayn oyunlara xərclər 11,9 milyard dollar təşkil edəcək. "Bu böyük bazar daim artır və dünya üzrə bir çox istehlakçılar kompyuter oyunlarına öz rəqəmli asudə vaxt və əyləncələrinin əsas hissəsi kimi baxırlar" –
“Gartner” tədqiqatları üzrə direktor Fabritsio Biskotti bildirib. Analitiklər bildiriblər ki, onlayn oyunlara xərclər növbəti bir neçə ilə daha sürətli artacaq.
2013-cü ilədək 21.5 milyard dollar və 2015-ci ilədək 28.2 milyard dollar olacaq.
Beləliklə, orta illik artım sürəti təxminən 27% təşkil edəcək.



Baxış sayı: 2410

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024