12px13px15px17px
Tarix:20/04/12

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Elmi Şuranın iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. Alim İTİ-də son zamanlar həyata keçirilmiş işlərin təqdimatına həsr olunmuş tədbirin nəticələri barədə söhbət açıb, onu əldə olunmuş nailiyyətlərin kompleks təqdimatı kimi dəyərləndirib.

Cəmiyyətin elmə olan tələbatının artdığı dövrdə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən və tarixi rolundan danışan institut direktoru onun ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
 
Sonra institutun elmi katibi Mədinə Səidova və İTİ-nin doktorantı Rəhilə Həsənova tapşırılmış işlərin icra vəziyyəti haqqında məruzələrlə çıxış edilər. İnstitutun struktur bölmələrinin iş planlarının təqdimi, PCI 2012 “Kibernetika və informatika problemləri” IV beynəlxalq konfransına hazırlıq, dissertanturaya qəbul, attestasiyanın nəticələri və s. haqqında məlumat verilib.
 
İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov 31 may 2012-ci il tarixdə keçiriləcək I “AzScienceNet” Ümumrespublika elmi-praktiki seminarı və nəzərdə tutulan məruzələr haqqında məlumat verib.
 
İnstitutun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev “İqtisadiyyat, informasiya və müasir fəlsəfi baxış: mövcud vəziyyət, problemlər və həll yolları” mövzusunda AMEA İTİ, İqtisadiyyat İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə seminarın keçirilməsi haqqında məruzə ilə çıxış edib. Növbəti seminarın cari ayın son həftəsində keçirilməsinin planlaşdırıldığını qeyd edib.
 
İTİ-nin şöbə müdiri Gülnarə Nəbibəyova www.transliterasiya.az, www.hieb.science.gov.az, www.azsciencenet.az saytlarının istismara verilməsi haqqında danışıb, görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
 
Texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova və institutun baş elmi işçisi Rasim Mahmudov “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnalları ilə bağlı hesabat veriblər. İnstitut əməkdaşlarının bu jurnallarda fəal iştirakı və elmi məqalələrin hazırlanması məsələsinin vacibliyindən danışılıb.
 
Tədbirdə həmçinin AMEA-nın illik ümumi yığıncağının materiallarının hazırlanması, “Ali məktəb tələbələri arasında İnformatika üzrə ümumrespublika olimpiadası”na hazırlıq işləri, elmi seminarların keçirilməsi, kadr hazırlığı, İKT üzrə kitab və dərsliklərin nəşri və digər məsələlər müzakirə olunub, təklif və tövsiyyələr bildirilib. 




Baxış sayı: 1452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024