Tarix:21/04/12
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, 2012-ci ildə mükafat üçün iki insanın namizədliyi irəli sürülüb. İkinci iddiaçı yapon alimi Sinya Yamanakadır.
Məlumat üçün qeyd edim ki, Linus Torvalds “Linux” nüvəsini yaratdığına görə “Texnologiya sahəsi üzrə minilliyin mükafatı”na namizəd kimi irəli sürülüb.
“Minillik Mükafat”ın sahibi 2012-ci il iyunun 13-də Helsinkidə keçiriləcək təntənəli mərasimdə elan ediləcək. Mükafatın dəyəri 1 milyon avrodan çoxdur. Ənənəyə uyğun olaraq, mükafatı Finlandiyanın hazırkı prezidenti təqdim edəcək.
“Millennium Technology Prize” mükafatı hər iki ildən bir verilir. Qaydalara əsasən, mükafat insanların yaşayış keyfiyyətini dəyişdirmiş, həmçinin, bu və ya digər sahədə gələcək tədqiqatlar üçün təkan vermiş nailiyyətlərə görə verilir. 2006-cı ildə “WWW” texnologiyasının yaradıcısı Tim Berners Li, 2008-ci ildə biotexnoloq Robert Lanqer, 2010-cu ildə yeni nəsil günəş batareyalarının istehsalçısı Mixail Qretselyu bu mükafata layiq görülüblər.
EMİL
“Texnologiya sahəsi üzrə minilliyin mükafatı” namizədləri məlum olub
Linus Torvalds “Texnologiya sahəsi üzrə minilliyin mükafatı” (Millennium Technology Prize 2012) namizədləri sırasına düşüb. Bu barədə mükafatın təsisçisi olan Finlandiyanın Texnologiya Akademiyasının press-relizində qeyd edilib.“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, 2012-ci ildə mükafat üçün iki insanın namizədliyi irəli sürülüb. İkinci iddiaçı yapon alimi Sinya Yamanakadır.
Məlumat üçün qeyd edim ki, Linus Torvalds “Linux” nüvəsini yaratdığına görə “Texnologiya sahəsi üzrə minilliyin mükafatı”na namizəd kimi irəli sürülüb.
“Minillik Mükafat”ın sahibi 2012-ci il iyunun 13-də Helsinkidə keçiriləcək təntənəli mərasimdə elan ediləcək. Mükafatın dəyəri 1 milyon avrodan çoxdur. Ənənəyə uyğun olaraq, mükafatı Finlandiyanın hazırkı prezidenti təqdim edəcək.
“Millennium Technology Prize” mükafatı hər iki ildən bir verilir. Qaydalara əsasən, mükafat insanların yaşayış keyfiyyətini dəyişdirmiş, həmçinin, bu və ya digər sahədə gələcək tədqiqatlar üçün təkan vermiş nailiyyətlərə görə verilir. 2006-cı ildə “WWW” texnologiyasının yaradıcısı Tim Berners Li, 2008-ci ildə biotexnoloq Robert Lanqer, 2010-cu ildə yeni nəsil günəş batareyalarının istehsalçısı Mixail Qretselyu bu mükafata layiq görülüblər.
EMİL
Baxış sayı: 1199
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır