12px13px15px17px
Tarix:21/04/12

İcbari avtomobil sığortasını onlayn qaydada pulsuz çatdırılma ilə əldə etmək olar

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” sığorta şirkəti və populyar avtomobil  internet portalı “AUTO.AZ” avtomobil sığortası ilə əlaqədar “avtosigorta.az” adlı birgə layihə reallaşdırıb. Bundan sonra hər bir internet istifadəçisi “auto.az” saytının “Sığorta” bölməsinə (http://sigorta.auto.az/) daxil olmaqla icbari avtomobil və kasko sığortası polislərinin dəyərini hesablaya bilər.

Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə  “Atəşgah” SŞ-in mətbuat xidmətinin rəhbəri Səbinə Babayeva məlumat verib. Onun sözlərinə görə, bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru vasitəsilə icbari və avto kasko polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər.

Sığorta polisi “Atəşgah” SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.





SEYMUR




Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024