Tarix:21/04/12
Onun sözlərinə görə, internetdən faylların yüklənməsi, şəbəkəni həddən artıq yükləyən saytlara giriş məhdudlaşdırılacaq: ”Amma bu məhdudiyyətlər insanları məyus etməsin. Bakı sakinləri müəyyən məbləğdə ödəniş həyata keçirməklə məhdudiyyətsiz internet xidmətindən də yararlana biləcəklər.
Yeni layihəyə əsasən, insanların daha çox toplaşdığı yerlərdə, böyük ticarət mərkəzlərində və təhsil ocaqlarında xüsusi avadanlıqlar quraşdırılacaq. “Ailə NET”-in “Wi-Fi” şəbəkəsi üzərindən internetə qoşulmaq istəyənlər heç bir ödəniş etmədən internet şəbəkəsinə qoşula biləcəklər. “Ailə Wi-Fi” xidmətindən istifadə etmək üçün insanlar sadəcə olaraq, bu layihə üçün nəzərdə tutulmuş internet səhifəsində qeydiyyatdan keçərək “Ailə TV” şəbəkəsinin xəbərlərinə abunə olacaqlar. Qeydiyyat uğurla tamamlandıqdan sonra, internetdən istifadə etmək mümkün olacaq”.
T.Hacıyev qeyd edib ki, “Ailə NET” internet provayderi Cənubi Qafqazda ilk dəfə olaraq, fiziki şəxslərə fiber optik şəbəkə üzərindən internet xidməti göstərməyə başlayıb: ”Fiber optik şəbəkə insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Çünki bu texnologiya məhdudiyyət tanımır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir”.
Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber optik kanal üzərindən ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür: ”Bu da yüksəksürətli internet deməkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Yükləmə sürətləri -upload, download provayder tərəfindən verilən internetin sürətinə bərabər olur”.
HƏQİQƏT
Şəbəkəni həddən artıq yükləyən saytlara giriş məhdudlaşdırılacaq
Azərbaycanda daha bir yeniliyə - “Ailə Wi-Fi” layihəsinə imza atan ölkənin ilk fiber optik internet provayderi “Ailə NET”-in Bakı əhalisinə göstərəcək pulsuz internet xidməti üçün müəyyən sürət məhdudiyyəti nəzərdə tutulub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV”-nin mətbuat katibi Teymur Hacıyev məlumat verib.Onun sözlərinə görə, internetdən faylların yüklənməsi, şəbəkəni həddən artıq yükləyən saytlara giriş məhdudlaşdırılacaq: ”Amma bu məhdudiyyətlər insanları məyus etməsin. Bakı sakinləri müəyyən məbləğdə ödəniş həyata keçirməklə məhdudiyyətsiz internet xidmətindən də yararlana biləcəklər.
Yeni layihəyə əsasən, insanların daha çox toplaşdığı yerlərdə, böyük ticarət mərkəzlərində və təhsil ocaqlarında xüsusi avadanlıqlar quraşdırılacaq. “Ailə NET”-in “Wi-Fi” şəbəkəsi üzərindən internetə qoşulmaq istəyənlər heç bir ödəniş etmədən internet şəbəkəsinə qoşula biləcəklər. “Ailə Wi-Fi” xidmətindən istifadə etmək üçün insanlar sadəcə olaraq, bu layihə üçün nəzərdə tutulmuş internet səhifəsində qeydiyyatdan keçərək “Ailə TV” şəbəkəsinin xəbərlərinə abunə olacaqlar. Qeydiyyat uğurla tamamlandıqdan sonra, internetdən istifadə etmək mümkün olacaq”.
T.Hacıyev qeyd edib ki, “Ailə NET” internet provayderi Cənubi Qafqazda ilk dəfə olaraq, fiziki şəxslərə fiber optik şəbəkə üzərindən internet xidməti göstərməyə başlayıb: ”Fiber optik şəbəkə insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Çünki bu texnologiya məhdudiyyət tanımır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir”.
Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber optik kanal üzərindən ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür: ”Bu da yüksəksürətli internet deməkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Yükləmə sürətləri -upload, download provayder tərəfindən verilən internetin sürətinə bərabər olur”.
HƏQİQƏT
Baxış sayı: 1329
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib