12px13px15px17px
Tarix:21/04/12

Daxili işlər orqanlarında elektron xidmətlərin təşkili sürətləndiriləcək

Daxili İşlər Nazirliyində "2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram"ın icrasının, "Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər"in və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, iclasda çıxış edən Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir sıra məsələlərlə yanaşı, daxili işlər orqanlarında elektron xidmətlərin göstərilməsi işinin təşkilinə də toxunub.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm ölkə başçımızın bütün dövlət qurumlarının  iki həftə ərzində elektron xidmətə tam keçirilməsi barədə göstəriş verdiyini xatırladan nazir korrupsiyaya qarşı mübarizədə çox böyük amil olan bu xidmətin DİN-in aidiyyəti qurumlarında da tam şəkildə göstərilməsinin zəruriliyini nəzərə çatdırıb.


CAHANGİR




Baxış sayı: 1294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024