12px13px15px17px
Tarix:23/04/12

“YouTube” xidməti videoları diqqətlə filtrasiya etməli olacaq

“YouTube” xidməti videoları diqqətlə filtrasiya etməli olacaq. Əgər “YouTube” şirkəti məhkəmənin çıxardığı qərarı yerinə yetirməsə, 250 min avro həcmində cərimələnəcək.

“İCTnews.az” elektron xəbər xidməti “ru.tsn.ua” saytına istinadən bildirir ki, Hamburq məhkəməsinin çıxardığı qətnaməyə əsasən, “YouTube” şirkəti videoxidmətə yüklənmiş videoları müəllif hüquqlarına riayət edilməsi baxımından diqqətlə filtrasiya etməlidir.

Almaniyanın “GEMA” təşkilatı məhkəməyə 12-dən çox musiqi carxı təqdim edib. Təşkilatın fikrinə görə, həmin çarxlar “YouTube” videohostinqinə  qanunsuz olaraq yüklənib. Təşkilat 2009-cu ilin aprelində lisenziya məsələlərini sülh yolu ilə nizamlamağa çalışırdı. Lakin danışıqlar vasitəsilə heç bir nəticə əldə edilməyib və “GEMA” təşkilatı 2010-cu ilin mayında  “YouTube” şirkətini məhkəməyə verib.

Məhkəmənin çıxardığı qərara görə, “YouTube” şirkəti təqdim edilmiş 12 videodan 7-ni serverdən silməli və gələcəkdə müəllif hüququ qorunmuş materialların xidmətə yüklənməsinin qarşısını almaq üçün filtr quraşdırmalıdır.

Əgər “YouTube” şirkəti məhkəmənin çıxardığı qərarı yerinə yetirməsə, o zaman 250 min avro həcmində cərimələnəcək.

EMİL




Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024