Tarix:23/04/12
Komitədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.
Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, Dövlət Gömrük Komitəsi sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.
Dövlət Gömrük Komitəsi bu yaxınlarda daha bir elektron xidmət – “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.
SEYMUR
Yeni elektron gömrük xidməti istifadəyə verilib
Yeni elektron gömrük xidməti istifadəyə verilib. Dövlət Gömrük (DGK) Komitəsindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətlərinin təşkili məqsədilə DGK-də genişmiqyaslı İKT layihələri tətbiq edilir.Komitədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.
Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, Dövlət Gömrük Komitəsi sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.
Dövlət Gömrük Komitəsi bu yaxınlarda daha bir elektron xidmət – “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.
SEYMUR
Baxış sayı: 1292
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır