12px13px15px17px
Tarix:23/04/12

Azərbaycanda I rübdə rabitə xidmətlərinin həcmi 8% artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 289,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,7% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 65,1%-i mobil telefon rabitəsindən yaranıb və 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7% artaraq 188,6 mln. manat təşkil edib.

«Ölkə üzrə ev təsərrüfatlarının 70,5%-i telefonlaşdırılıb. Şəhər yerlərində bu göstərici daha yüksək olaraq 89,3%-ə, kənd yerlərində isə 47,2%-ə bərabər olub. Mobil telefon rabitəsindən istifadə edən ailələrin xüsusi çəkisi ötən ilə nisbətən 3% artaraq 98%-ə yüksəlib.

Geniş şəbəkəyə malik olan mobil telefon istifadəçilərinin sayı əhalinin hər min nəfərinə 2010-cu ildəki 1 001 istifadəçiyə qarşı 2011-ci ildə 1 006 istifadəçi təşkil edib. Məlum olduğu kimi, əhalinin bir qismi iki və daha çox mobil şəbəkə xidmətindən istifadə edir», - deyə Komitədən bildirilib.
 
 Komitədən həmçinin qeyd olunub ki, son illərdə peyk antenalarından istifadə xeyli artıb və ailələrin 44,2%-də istifadə olunur: «Nəzərə alınmalıdır ki, yayımlanan daha çox peyk üzrə fərqli televiziya kanallarını seyr etmək üçün bir sıra ailələrdə iki və daha çox peyk antenası və ya əlavə yayım qurğusu quraşdırılıb».Fərdi kompüterlərdən istifadə edən ailələrin xüsusi çəkisi 1,6% artıb.
 




Baxış sayı: 1365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024