Tarix:07/07/11
Bakıda sayca ikinci olan Azərbaycan-Fransa biznes forumunun keçirilməsi nazir Əli Abbasovun Fransaya səfəri çərçivəsində təsdiqlənib. İki ölkənin İKT sektorunun nümayəndələri informasiya texnologiyaları sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər ki, bu da iki ölkənin həmin sahədə münasibətlərini dərinləşdirəcək və əməkdaşlıq üçün yeni perspektivlər açacaq.
"BakuTel 2011" telekommunikasiya sərgisi noyabrın 23-26-da keçiriləcək. Xəzər və Qafqaz regionlarında ən iri telekommunikasiya sərgisi olan "BakuTel" bu bazarlarda biznesin irəliləməsi üçün imkan yaradır. Mövcud olduğu dövrdə sərgi İKT-nin illik forumuna çevrilib. Onun vasitəsilə İKT bazarında yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq edilir, möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır.
Azərbaycan və Fransa arasında İKT üzrə növbəti biznes forum keçiriləcək
"BakuTel 2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində informasiya-kommunikasiya texnologiyaları üzrə Azərbaycan-Fransa biznes forumunun keçiriləcəyi gözlənilir.Bakıda sayca ikinci olan Azərbaycan-Fransa biznes forumunun keçirilməsi nazir Əli Abbasovun Fransaya səfəri çərçivəsində təsdiqlənib. İki ölkənin İKT sektorunun nümayəndələri informasiya texnologiyaları sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər ki, bu da iki ölkənin həmin sahədə münasibətlərini dərinləşdirəcək və əməkdaşlıq üçün yeni perspektivlər açacaq.
"BakuTel 2011" telekommunikasiya sərgisi noyabrın 23-26-da keçiriləcək. Xəzər və Qafqaz regionlarında ən iri telekommunikasiya sərgisi olan "BakuTel" bu bazarlarda biznesin irəliləməsi üçün imkan yaradır. Mövcud olduğu dövrdə sərgi İKT-nin illik forumuna çevrilib. Onun vasitəsilə İKT bazarında yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq edilir, möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır.
Baxış sayı: 4002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı