12px13px15px17px
Tarix:23/04/12

Təklif : “Microsoft” korporasiyası “Bing” axtarış sistemini satmalıdır”

“Microsoft” korporasiyası “Bing” axtarış sisteminə nəzarət edən bölməsini “Facebook” şirkətinə satmalıdır. “Nomura Equity Research” şirkətinin analitiki Rik Şerlund belə hesab edir. Onun fikrinə görə, bu saziş hər iki tərəf üçün əlverişlidir və şirkətlərə “Google” ilə mübarizə aparmaqda kömək edəcək.

"Əgər “Microsoft” şirkəti axtarış biznesində yalnız bu seqmentdə “Google”-un inhisarçılığına yol verməmək üçün qalırsa, o zaman proqram nəhəngi öz səylərini “Facebook” ilə birləşdirsə, daha yaxşı olar" – mütəxəssis "Bloomberg Surveillance" verilişinə verdiyi radio-müsahibədə bildirib.

Mütəxəssis qeyd edib ki, proqram nəhəngi axtarış sistemi bazarında apardığı mübarizədə faktiki olaraq uduzub. Onun fikrinə görə, “Microsoft” korporasiyası bu ziyanlı bölməni satmaqla lazımsız xərclərdən azad ola bilər.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, mütəxəssisin hesablamasına görə, “Microsoft” korporasiyası “Bing” axtarış sistemini təxminən 5 milyard ABŞ dollarına sata bilər.
 
EMİL
 




Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024