Tarix:24/04/12
Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesi ilə yaxından tanış olmaq məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin sınaqdan keçirilmə mərhələlərinin izlənilməsində iştirak edir, peykin faydalı yükünün platforma ilə inteqrasiyası prosesinə nəzarət edirlər.
Peykimizin orbitdə istismar müddəti 15 ilə qədərdir
“Azerspace" hibrid C-band və Ku-band telekommunikasiya peyki “Orbital Sciences Corporation” tərəfindən işlənib hazırlanan STAR-2 uçuş sınağından keçirilən platforma əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir.
Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcəkdir.
Peykin çəkisi 3300 kq təşkil edəcək. Peykin faydalı yükü üzrə 36 transponderi olacaq (24 C-band və 12 Ku-band). Hər bir transponder 36 MHz zolaq enliyindədir. "Azerspace" peyki C diapazonlu 24 transponderlə və Ku diapazonlu 12 transponderlə təchiz olunacaq.
Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Bizim Peykin orbitdə istismar müddətinin 15 ilə qədər təşkil etməsi gözlənilir.
Peykin geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raket daşıyıcısı ilə çıxarılmasına dair müqavilənin şərtləri və tələbləri nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, “Azərkosmos” ASC, “Arianespace” və “Orbital Sciences Corporation” şirkəti arasında mütəmadi görüşlər keçirilir və lazımi danışıqlar aparılır. Raketdaşıyıcının istehsalının planlaşdırılmış tarixdə yekunlaşacağı gözlənilir.
Peykin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir və “Azerspace-1” peyki 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılacaq.
Peykin sığortalanması ilə bağlı danışıqlar aparılır
Azərbaycanın ilk telekommunikasiya peykinin sığorta məbləğinin kifayət qədər yüksək olması sığorta risklərinin bir neçə şirkət arasında bölüşdürülməsini zəruri edir ki, bu istiqamətdə də hazırda araşdırmalar aparılır.
Məlum olduğu kimi, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Peykin imkanlarının 40 faizi artıq uzunmüddətli icarə razılaşması əsasında “Measat” şirkətinə satılıb, qalan hissə üzrə isə yerli və xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılır, təkliflər qəbul olunur.
Belə ki, satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport şirkətləri ilə danışıqlar aparılır, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə iş aparılır.
Aşağıorbitli peyk üzrə layihə “Auyğun olaraq həyata keçirilir. Aşağıorbitli peykin göstərəcəyi xidmətlərin istifadə istiqamətlərinin öyrənilməsi məqsədilə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb.
Məlum olmuşdur ki, ölkəmizdə, fövqəladə hallara nəzarət, ekoloji monitorinq, xəritəçəkmə, aqrar monitorinq və s. kimi bir sıra sahələrdə aşağıorbitli peykin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur. Bu istiqamətdə sözügedən sahələrlə məşğul olan qurumlarla danışıqlar aparılır.
Qeyd edək ki, aşağıorbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi üçün tender elan olunmuşdur. Tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilib, hal-hazırda isə maraqlanan şirkətlərlə danışıqlar gedir.
“Azərkosmos” ASC-də Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşası üzrə satınalma prosesinə artıq başlanılıb. Bununla bağlı bildiriş mətbuatda dərc edilib və şirkətlərə fərdi dəvət məktubları göndərilib. Azərbaycan Respublikasının Satınalmalar haqda Qanununun tələblərinə uyğun olaraq, tender prosesi başa çatdıqdan sonra müttəfiq şirkət və ya şirkətlərin adları açıqlanacaq.
Azərbaycanın ilk peykinin orbitə çıxarılması layihəsi çərçivəsində işlər davam edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə əlaqədar imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir.Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesi ilə yaxından tanış olmaq məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin sınaqdan keçirilmə mərhələlərinin izlənilməsində iştirak edir, peykin faydalı yükünün platforma ilə inteqrasiyası prosesinə nəzarət edirlər.
Peykimizin orbitdə istismar müddəti 15 ilə qədərdir
“Azerspace" hibrid C-band və Ku-band telekommunikasiya peyki “Orbital Sciences Corporation” tərəfindən işlənib hazırlanan STAR-2 uçuş sınağından keçirilən platforma əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir.
Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcəkdir.
Peykin çəkisi 3300 kq təşkil edəcək. Peykin faydalı yükü üzrə 36 transponderi olacaq (24 C-band və 12 Ku-band). Hər bir transponder 36 MHz zolaq enliyindədir. "Azerspace" peyki C diapazonlu 24 transponderlə və Ku diapazonlu 12 transponderlə təchiz olunacaq.
Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Bizim Peykin orbitdə istismar müddətinin 15 ilə qədər təşkil etməsi gözlənilir.
Peykin geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raket daşıyıcısı ilə çıxarılmasına dair müqavilənin şərtləri və tələbləri nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, “Azərkosmos” ASC, “Arianespace” və “Orbital Sciences Corporation” şirkəti arasında mütəmadi görüşlər keçirilir və lazımi danışıqlar aparılır. Raketdaşıyıcının istehsalının planlaşdırılmış tarixdə yekunlaşacağı gözlənilir.
Peykin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir və “Azerspace-1” peyki 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılacaq.
Peykin sığortalanması ilə bağlı danışıqlar aparılır
Azərbaycanın ilk telekommunikasiya peykinin sığorta məbləğinin kifayət qədər yüksək olması sığorta risklərinin bir neçə şirkət arasında bölüşdürülməsini zəruri edir ki, bu istiqamətdə də hazırda araşdırmalar aparılır.
Məlum olduğu kimi, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Peykin imkanlarının 40 faizi artıq uzunmüddətli icarə razılaşması əsasında “Measat” şirkətinə satılıb, qalan hissə üzrə isə yerli və xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılır, təkliflər qəbul olunur.
Belə ki, satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport şirkətləri ilə danışıqlar aparılır, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə iş aparılır.
Aşağıorbitli peyk üzrə layihə “Auyğun olaraq həyata keçirilir. Aşağıorbitli peykin göstərəcəyi xidmətlərin istifadə istiqamətlərinin öyrənilməsi məqsədilə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb.
Məlum olmuşdur ki, ölkəmizdə, fövqəladə hallara nəzarət, ekoloji monitorinq, xəritəçəkmə, aqrar monitorinq və s. kimi bir sıra sahələrdə aşağıorbitli peykin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur. Bu istiqamətdə sözügedən sahələrlə məşğul olan qurumlarla danışıqlar aparılır.
Qeyd edək ki, aşağıorbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi üçün tender elan olunmuşdur. Tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilib, hal-hazırda isə maraqlanan şirkətlərlə danışıqlar gedir.
“Azərkosmos” ASC-də Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşası üzrə satınalma prosesinə artıq başlanılıb. Bununla bağlı bildiriş mətbuatda dərc edilib və şirkətlərə fərdi dəvət məktubları göndərilib. Azərbaycan Respublikasının Satınalmalar haqda Qanununun tələblərinə uyğun olaraq, tender prosesi başa çatdıqdan sonra müttəfiq şirkət və ya şirkətlərin adları açıqlanacaq.
Baxış sayı: 1207
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı