12px13px15px17px
Tarix:24/04/12

“Facebook”un mənfəəti azalıb

Dünyanın nəhəng sosial şəbəkəsi “Facebook” cari ilin birinci rübünün yekunları üzrə hesabat dərc edib. Şəbəkənin rüb ərzində xalis mənfəəti 12 faiz azalaraq 205 milyon dollara çatıb. Ötən ilin birinci rübündə bu nəticə 233 milyon dollar olub.

Ötən rüb ərzində şirkətin mədaxili 45 faiz artaraq 1,058 milyon dollar təşkil etdiyi halda bir il əvvəl 731 milyon dollarlıq nəticə qeydə alınıb.

2012-ci ilin martına olan məlumata görə, sosial şəbəkədə qeydə alınan istifadəçilərin sayı 901 milyon nəfəri ötüb. Bunun 526 milyon nəfəri gündəlik istifadəçilərdir ki, bu da ötən ilin analoji dövründən 41 faiz çoxdur.
Şirkətin daimi əməkdaşlarının sayı da artaraq 3539 nəfər təşkil edib.

Qeyd edək ki, “Facebook” birjada səhmlərini yerləşdirməyə hazırlaşır. Sosial şəbəkə nümayəndələri daxili xərclərin 677 milyon dollaradək artdığını bildirirlər. Bu, şirkətin mayın ikinci yarısına planlaşdırılan birjaya çıxması üçün hazırlıqlara, eləcə də artmaqda olan abunəçi bazasına xidmətlərin göstərilməsinə çəkilən xərclərin artması ilə əlaqədardır.


EMİL




Baxış sayı: 1330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024