12px13px15px17px
Tarix:25/04/12

“Google Drive” adlı “bulud” xidməti istifadəyə verilib (VİDEO)

"Google" şirkəti "Google Drive" adlı "bulud" xidmətini istifadəyə verib."İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçilər videoçarx, foto və sənədlər də daxil olmaqla öz fayllarını internetdəki "disk"lərində saxlaya biləcəklər. Fayllara kompyuter və mobil qurğudan giriş əldə etmək mümkündür.

"Google Drive" xidmətinin hər bir istifadəçisi pulsuz olaraq 5 qiqabayt disk yeri əldə edə biləcək. Digər paketlər aşağıdakılardır:
  1. 25 qiqabayt – 1 ay üçün 2,49 dollar;
  2. 100 qiqabayt – 1 ay üçün 4,99 dollar;
  3. 1 terabayt – 1 ay üçün 49,99 dollar.
"Google Drive" xidmətində saxlanılan sənədləri digər istifadəçilərlə "paylaşmaq" olar. Onlar faylları redaktə edə və onlara şərh yaza bilərlər.
 
"Google Drive"in "Windows", "Mac OS"və "Android" tətbiqləri artıq hazırdı. "Google" şirkəti "IOS" platforması üçün proqramı daha sonra təqdim edəcəyinə söz verib.

Xəbər yazılan anda "Google Drive" xidmətində "Sizin diskiniz hələ hazır deyil" xəbərdarlığı göstərilirdi. "Google" şirkətinin rəsmi bloqunda xidmətin işlədiyi ölkələrin siyahısı dəqiq göstərilməyib.

 



EMİL
 




Baxış sayı: 1289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024