12px13px15px17px
Tarix:25/04/12

“Canon” şirkəti özünə gəlir

Yaponiyanın rəqəmli fotoaparat istehsalçısı olan “Canon” şirkətinin xalis mənfəəti 2012-ci ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 11 faiz artıb və 61,5 milyard yena (759,5 milyon dollar) təşkil edib. Bu barədə şirkətin hesabatında qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, hesabat dövründə şirkətin əməliyyat mənfəəti 0,2 faiz artaraq 82,7 milyard yena (1,0214 milyard dollar) təşkil edib.

Bununla belə 2012-ci ilin birinci rübündə şirkətin mədaxili 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,2% azalaraq 829,2 milyard yenaya (10,241 milyard dollar) bərabər olub.

Rəqəmli avadanlıq bazarının liderlərindən biri olan Yaponiyanın “Canon Inc.” şirkətinin əsası 1937-ci ildə qoyulub və şirkət o vaxtdan foto və videotexnika, həmçinin informasiya texnologiyaları sahəsində güclü mövqe tutub. Onun qərargahı Tokioda yerləşir.
 
EMİL
 




Baxış sayı: 1291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024