12px13px15px17px
Tarix:26/04/12

Planşet bazarının həcmi 760 milyon qurğuya çatacaq

Planşet kompyuterləri bazarda çox sürətlə yayılırlar. 2016-cı ildə planşet kompyuterlərinin satışı 2011-ci illə (56 milyon) müqayisədə 6-7 dəfə artaraq 375 milyon təşkil edəcək. 4 ildən sonra bazarda əlçatan planşetlərin ümumi sayı 760 milyon qurğuya çatacaq.

“Forrester Research” analitik şirkəti tərəfindən təşkil edilmiş "Tablets Will Rule The Future Personal Computing Landscape" adlı tədqiqat hesabatında belə proqnoz verilib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən   bildirir ki, mütəxəssislərin hesablamalarına görə, “Apple” korporasiyası bu seqmentdə 62 faiz göstərici ilə lider mövqeyini qoruyub saxlayacaq. “Forrester” şirkətinin nümayəndələri hesab edir ki, 2016-cı ildə də “Apple” şirkəti liderlik edəcək; o zaman onun payı 56 faiz təşkil edəcək.

2011-ci ilin nəticəsinə görə, “Apple” brendi altında istehsal edilmiş  planşetlərin həcmi 40,5 milyon təşkil edib və 2010-cu illə müqayisədə artım 169 faizə bərabər olub.
 
EMİL




Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024