Tarix:26/04/12
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirmiş, Azərbaycan hökuməti tərəfindən irəli sürülən "Trans- Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, ölkəmizdə kosmik sənayenin inkişafı, ölkə başçısının sərəncamı ilə bu yaxınlarda yaradılması nəzərdə tutulan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi, genişzolaqlı internet, mobil sektorun inkişafı ilə bağlı məlumat vermişdir.
Qarşılıqlı fikir mübadiləsi zamanı bolqarıstanlı nazir ölkəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş uğurlar, xüsusilə "Elektron hökumət" istiqamətində aparılan islahatlar barədə məlumat vermiş, cari ilin noyabrında Bakıda keçiriləcək "BakuTel 2012" beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini bildirmişdir.
Daha sonra, iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində "Hökumətlərarası Saziş" layihəsinin hazırlanması və sentyabr ayında komissiyanın növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunmuşdur.
Bolqarıstanla Azərbaycan arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunmuşdur
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bolqarıstanın Nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski ilə görüş keçirilmişdir.Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirmiş, Azərbaycan hökuməti tərəfindən irəli sürülən "Trans- Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, ölkəmizdə kosmik sənayenin inkişafı, ölkə başçısının sərəncamı ilə bu yaxınlarda yaradılması nəzərdə tutulan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi, genişzolaqlı internet, mobil sektorun inkişafı ilə bağlı məlumat vermişdir.
Qarşılıqlı fikir mübadiləsi zamanı bolqarıstanlı nazir ölkəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş uğurlar, xüsusilə "Elektron hökumət" istiqamətində aparılan islahatlar barədə məlumat vermiş, cari ilin noyabrında Bakıda keçiriləcək "BakuTel 2012" beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini bildirmişdir.
Daha sonra, iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində "Hökumətlərarası Saziş" layihəsinin hazırlanması və sentyabr ayında komissiyanın növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunmuşdur.
Baxış sayı: 1037
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı