Tarix:27/04/12
Bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin İnternet resurslarının idarə olunması şöbəsinin rəisi Anar Süleymanov söyləyib.
Onun sözlərinə görə, gömrük xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sistemi, resursların idarə olunması, kargüzarlıq işinin və sənəd dövriyyəsinin avtomatlaşdırılmış idarəetmə sistemi, kadrların idarə olunmasının avtomatlaşdırılmış sistemi, həmçinin elektron imza və dövlət orqanları ilə qarşılıqlı məlumat mübadiləsi sistemlərinin tətbiqi belə layihələrdəndir.
Məsələn, 1 iyul 2010-cu il tarixdən 2000-ə yaxın gömrük əməkdaşı “Elektron imza” kartları ilə təmin edilib. Bu isə Respublika üzrə gömrük əməkdaşlarının ümumi sayının təxminən 65%-ni təşkil edir. Gömrük əməkdaşları bu kartlardan istifadə etməklə VAİS-də “elektron imza” prinsipi əsasında müxtəlif gömrük əməliyyatlarını həyata keçirirlər.
“Bununla yanaşı, gömrük xidmətlərinin avtomatlaşdırılması və digər dövlət qurumları ilə inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirilir. Hazırda DGK Nəqliyyat, Vergilər, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Mərkəzi Bank, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirir,” – deyə şöbə rəisi bildirib.
CAHANGİR
Gömrük əməkdaşlarının 65%-i “Elektron imza” kartlarından istifadə edir
“Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn tapşırıqları həyata keçirmək məqsədilə Dövlət Gömrük Komitəsində gömrük xidmətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin daha da genişləndirilməsi və müasirləşdirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılıb”.Bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin İnternet resurslarının idarə olunması şöbəsinin rəisi Anar Süleymanov söyləyib.
Onun sözlərinə görə, gömrük xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sistemi, resursların idarə olunması, kargüzarlıq işinin və sənəd dövriyyəsinin avtomatlaşdırılmış idarəetmə sistemi, kadrların idarə olunmasının avtomatlaşdırılmış sistemi, həmçinin elektron imza və dövlət orqanları ilə qarşılıqlı məlumat mübadiləsi sistemlərinin tətbiqi belə layihələrdəndir.
Məsələn, 1 iyul 2010-cu il tarixdən 2000-ə yaxın gömrük əməkdaşı “Elektron imza” kartları ilə təmin edilib. Bu isə Respublika üzrə gömrük əməkdaşlarının ümumi sayının təxminən 65%-ni təşkil edir. Gömrük əməkdaşları bu kartlardan istifadə etməklə VAİS-də “elektron imza” prinsipi əsasında müxtəlif gömrük əməliyyatlarını həyata keçirirlər.
“Bununla yanaşı, gömrük xidmətlərinin avtomatlaşdırılması və digər dövlət qurumları ilə inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirilir. Hazırda DGK Nəqliyyat, Vergilər, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Mərkəzi Bank, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirir,” – deyə şöbə rəisi bildirib.
CAHANGİR
Baxış sayı: 1116
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır