Tarix:28/04/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-2015-ci illər ərzində reallaşdırılması nəzərdə tutulan bu tədbirin icrası Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.
Bundan başqa, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması üçün vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da planlaşdırılır.
2015-ci ilə qədər aparılacaq bu tədbirin icrası da Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətlərinin üzərinə düşür.
HƏQİQƏT
Gənclər üçün Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlanacaq
Müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması məqsədilə Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması nəzərdə tutulur.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-2015-ci illər ərzində reallaşdırılması nəzərdə tutulan bu tədbirin icrası Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.
Bundan başqa, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması üçün vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da planlaşdırılır.
2015-ci ilə qədər aparılacaq bu tədbirin icrası da Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətlərinin üzərinə düşür.
HƏQİQƏT
Baxış sayı: 1225
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır