12px13px15px17px
Tarix:28/04/12

ARDNF informasiya texnologiyaları üzrə tender elan edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqları və proqram təminatı lisenziyalarının satın alınması üzrə açıq tender elan edib. 

“İCTnews” elektron xəbər xidmətinin fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, podratçılar tələb olunan sənədləri cari il 5 iyun, saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 iyun, saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1004, Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-ə təqdim etməlidirlər. Tender proseduraları 14 iyun, saat 11:00-da ARDNF-in binasında tender təkliflərinin  açılması ilə başlanacaq.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün informasiya texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcək.

Tender ilə əlaqədar suallar və sorğular “RFP@oilfund.az” ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 176)

CAHANGİR




Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024