Tarix:30/04/12
2012-ci ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.5 mln. dəqiqə azalaraq 152.5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 5.6 mln. dəqiqə artaraq 45.6 mln. dəqiqə təşkil edib.
Ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14,0 faiz artıb, giriş trafiki isə 8 faiz azalıb. Ümumi çıxış trafikinin artımı “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib. Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində “Azercell” MMC-dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.0 faiz (7,7 milyon dəq.) artıb.
Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub.
Bundan başqa, beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 150 ədəd artırılaraq 9266 ədədə çatdırılıb.
Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxışının telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.
Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM layihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.
Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür
Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2010-cu illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq 86,8 Gb/s-ə çatıb. Artıq ölkəmiz trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. Belə ki, Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür.2012-ci ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.5 mln. dəqiqə azalaraq 152.5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 5.6 mln. dəqiqə artaraq 45.6 mln. dəqiqə təşkil edib.
Ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14,0 faiz artıb, giriş trafiki isə 8 faiz azalıb. Ümumi çıxış trafikinin artımı “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib. Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində “Azercell” MMC-dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.0 faiz (7,7 milyon dəq.) artıb.
Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub.
Bundan başqa, beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 150 ədəd artırılaraq 9266 ədədə çatdırılıb.
Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxışının telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.
Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM layihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.
Baxış sayı: 1537
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib