12px13px15px17px
Tarix:30/04/12

“Skype” insana xas hiss və emosiyaları daha orijinal smayliklərlə əvəz edib

Proqramçılar “It’s Time for Skype” marketinq kompaniyası çərçivəsində “Facebook”  şəbəkəsi üçün “Humoticon” adlı yeni proqram əlavəsi təqdim ediblər.

 “Skype”-ın rəsmi bloqunda bildirilib  ki, sosial şəbəkənin istifadəçiləri “Facebook” fotoalbomlarına yüklənmiş şəkillərdən veb-kameranın köməyi ilə klassik statik və animasiyalı smayliklər yaradıb, daha sonra şəkilləri “Facebook” divarında paylaşa və ya “Humotican Qalereyası”na əlavə edə bilərlər.  Məlumat üçün bildirək  ki, proqram “Adobe Flash” texnologiyası vasitəsi ilə işləyir.

“Skype” nümayəndələri qeyd ediblər ki, internet vasitəsi ilə ünsiyyətdə “insanlıq” elementi çatışmır. Bu səbəbdən istifadəçilər öz emosiyalarını düzgün ifadə etmək üçün smayliklərdən istifadə edirlər və bunun üçün də “Skype Humoticon” əlavəsinin hədəfi - internetdə ünsiyyəti "daha insani" etməkdir.




GÜLNAR



Baxış sayı: 1447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024