12px13px15px17px
Tarix:01/05/12

169 milyon insan “Opera Mini” mobil veb-səyyahından istifadə edir

"Opera" şirkətinin əməkdaşları "Opera Mini" mobil veb-səyyahı ilə bağlı statistikanı açıqlayıb.
"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, hazırda "Opera Mini" mobil veb-səyyahından 169 milyondan çox insan istifadə edir.

Bu göstərici 2011-ci ilin mart ayı ilə müqayisədə 64 faiz çoxdur. Beləliklə, mobil veb-səyyahlar arasında "Opera Mini"-nin payı 56% təşkil edir.

"Opera Mini" mobil veb-səyyahının istifadəçiləri  il ərzində 117 milyarddan çox səhifəyə baxıblar. Bu isə 2011-ci illə müqayisədə 96% çoxdur. Hesablamalara görə, "Opera" istifadəçiləri 1918000 meqabaytdan çox trafik yaradırlar.
 


EMİL
 
 




Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024