Tarix:01/05/12
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu təklifi rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın II final mərhələsində irəli sürüb.
Nazir müavininin fikrinə görə, bu yolla olimpiada qalibləri ictimaiyyətə tanıdılmaqla yanaşı, həm də gələcək nəslə örnək ola bilərlər: "Bu olimpiadalara ildən-ilə maraq güclənir, eləcə də iştirakçı komandaların bölgələr üzrə təmsilçiliyi artır. Olimpiadaların keçirilməsinə həmişə bütün səviyyələrdə dəstək olub".
Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə məktəblilər arasında keçirilən Beynəlxalq İnformatika Olimpiadaları (BİO) dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. 1989-cu ildən başlayaraq hər il keçirilən bu olimpiadalar miqyasına, keçirilmə qaydalarına, sərf edilən vəsaitin həcminə görə başqa fənn olimpiadalarından yetərincə seçilir. Öz populyarlığına görə BİO riyaziyyat olimpiadası ilə rəqabət aparır, cəlb olunan vəsaitlərin miqdarına və sponsorların "gücünə" görə artıq onu ötüb keçib.
Bunu təbii hal sayan mütəxəssislərin fikrinə görə, planetin gələcəyi həm də dinamik inkişaf edən informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin əlindədir. Onlar hesab edirlər ki, bu gün informasiya strateji resursdur, onun işlənməsi texnologiyası isə ölkənin iqtisadi potensialını və dünya iqtisadiyyatının gələcəyini müəyyənləşdirir.
HƏQİQƏT
E.Vəlizadə: ”İnformatika üzrə olimpiadaların qaliblərinin “Facebook”da xüsusü səhifə və ya forumlarının yaradılması məqsədəuyğun olardı”
"İnformatika üzrə Ümumrespublika Olimpiadasının, eləcə də beynəlxalq olimpiadaların qaliblərinin "Facebook" kimi sosial şəbəkələrdə xüsusü səhifələrinin və ya forumlarının yaradılması məqsədəuyğun olardı. Bu addım onların olimpiadaların təşkili, keçirilməsi ilə bağlı fikirlərini, eləcə də təəssüratlarını paylaşa və fikirlərini bölüşə bilməsi üçün əhəmiyyətli olardı"."İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu təklifi rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın II final mərhələsində irəli sürüb.
Nazir müavininin fikrinə görə, bu yolla olimpiada qalibləri ictimaiyyətə tanıdılmaqla yanaşı, həm də gələcək nəslə örnək ola bilərlər: "Bu olimpiadalara ildən-ilə maraq güclənir, eləcə də iştirakçı komandaların bölgələr üzrə təmsilçiliyi artır. Olimpiadaların keçirilməsinə həmişə bütün səviyyələrdə dəstək olub".
Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə məktəblilər arasında keçirilən Beynəlxalq İnformatika Olimpiadaları (BİO) dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. 1989-cu ildən başlayaraq hər il keçirilən bu olimpiadalar miqyasına, keçirilmə qaydalarına, sərf edilən vəsaitin həcminə görə başqa fənn olimpiadalarından yetərincə seçilir. Öz populyarlığına görə BİO riyaziyyat olimpiadası ilə rəqabət aparır, cəlb olunan vəsaitlərin miqdarına və sponsorların "gücünə" görə artıq onu ötüb keçib.
Bunu təbii hal sayan mütəxəssislərin fikrinə görə, planetin gələcəyi həm də dinamik inkişaf edən informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin əlindədir. Onlar hesab edirlər ki, bu gün informasiya strateji resursdur, onun işlənməsi texnologiyası isə ölkənin iqtisadi potensialını və dünya iqtisadiyyatının gələcəyini müəyyənləşdirir.
HƏQİQƏT
Baxış sayı: 1615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib