Tarix:02/05/12
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, artıq bu xidmət növünün fəaliyyəti ilə dövlət tərəfindən xüsusi dərmanlarla təmin edilən imtiyazlı şəxslər aldıqları dərmanlar haqqında məlumatları maneəsiz əldə edəcəklər.
Elektron xidmətin göstərilməsinin hüquqi əsasına gəlincə, bu proses "20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkanları məhdud uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərərçəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2005-ci il tarixli qərarı ilə aparılır.
Bundan başqa, xidmətin icrasında "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" respublika prezidentinin 2011-ci il tarixli fərmanı da əsas götürülüb. Səhiyyə Nazirliyi tərəfindən aparılan bu xidmətin əsas icraçıları Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, müvafiq ambulator-poliklinika müəssisələridir. Bu interaktiv elektron xidmət növü ödənişsiz olaraq həyata keçirilir.
Mərkəzdən bildirilib ki, bu sahədə elektron xidmət http://e-health.gov.az/imtiyazlilar internet ünvanı vasitəsilə təqdim edilir. Mərkəzdən o da bildirilib ki, elektron xidmətin göstərilməsi üçün heç bir sənəd
tələb olunmur: " Elektron xidmətdən istifadə üçün ilkin olaraq http://www.e-sehiyye.gov.az saytında qeydiyyatdan keçmək lazımdır. Bunun üçün şəxs elektron sağlamlıq kartının üzərində olan unikal kodunu və şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir. Qeydiyyatdan keçən şəxs elektron xidmətdən unikal kodu və şifrəni daxil etməklə istifadə edə bilər.
Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün olmayacaq".
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün müvafiq quruma müraciət oluna bilər.
HƏQİQƏT
Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələr üçün elektron xidmət tam avtomatlaşdırılıb
Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olması və aldığı dərmanlar barədə məlumatların əldə edilməsi sahəsində göstərilən elektron xidmət tam avtomatlaşdırılıb.Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, artıq bu xidmət növünün fəaliyyəti ilə dövlət tərəfindən xüsusi dərmanlarla təmin edilən imtiyazlı şəxslər aldıqları dərmanlar haqqında məlumatları maneəsiz əldə edəcəklər.
Elektron xidmətin göstərilməsinin hüquqi əsasına gəlincə, bu proses "20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkanları məhdud uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərərçəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2005-ci il tarixli qərarı ilə aparılır.
Bundan başqa, xidmətin icrasında "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" respublika prezidentinin 2011-ci il tarixli fərmanı da əsas götürülüb. Səhiyyə Nazirliyi tərəfindən aparılan bu xidmətin əsas icraçıları Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, müvafiq ambulator-poliklinika müəssisələridir. Bu interaktiv elektron xidmət növü ödənişsiz olaraq həyata keçirilir.
Mərkəzdən bildirilib ki, bu sahədə elektron xidmət http://e-health.gov.az/imtiyazlilar internet ünvanı vasitəsilə təqdim edilir. Mərkəzdən o da bildirilib ki, elektron xidmətin göstərilməsi üçün heç bir sənəd
tələb olunmur: " Elektron xidmətdən istifadə üçün ilkin olaraq http://www.e-sehiyye.gov.az saytında qeydiyyatdan keçmək lazımdır. Bunun üçün şəxs elektron sağlamlıq kartının üzərində olan unikal kodunu və şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir. Qeydiyyatdan keçən şəxs elektron xidmətdən unikal kodu və şifrəni daxil etməklə istifadə edə bilər.
Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün olmayacaq".
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün müvafiq quruma müraciət oluna bilər.
HƏQİQƏT
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır