12px13px15px17px
Tarix:02/05/12

Dünyada internetin sürəti azalıb

2011-ci ilin dördüncü rübündə internetin dünya üzrə orta sürəti 2,3 meqabit saniyə təşkil edib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 14 faiz aşağıdır. "Akamai" statistik şirkətinin məruzəsində qeyd edilib ki, 2011-ci ilin sonunda internetə qoşulma sürəti 93 ölkədə azalıb, 41 ölkədə isə artıb.

Analitiklər hesabatda internetin sürətinin azalması səbəbini qeyd etməyiblər. Ümumilikdə, 2011-ci il ərzində internetin dünya üzrə orta sürəti 19 faiz artıb. Cənubi Koreya internetə qoşulma sürəti üzrə keçən il olduğu kimi, bu il də artım (17,5 mbit/s) göstərib. ABŞ-da internetə qoşulma sürəti üzrə artım (5,8 mbit/s) 14 faiz təşkil edib.




 
EMİL




Baxış sayı: 1466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024