12px13px15px17px
Tarix:02/05/12

İnternetdə fəaliyyət göstərən saytların sayı azalıb

"Netcraft" veb-monitorinq şirkəti 2012-ci il mayın 1-nə olan vəziyyətə görə, şəbəkədə fəaliyyət göstərən sayt və bloqların sayı haqqında hesabat dərc edib.

"Netcraft" şirkətinin məlumatına görə, 2012-ci ilin mayında internetdə 662959946 milyon sayt fəaliyyət göstərib. Bu göstərici keçən ayla müqayisədə 14 milyon azdır. Hesabat müəllifləri qeyd ediblər ki, onlar 22 ay ərzində ilk dəfə olaraq internetdə fəaliyyət göstərən saytların sayının azalmasını müşahidə ediblər.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, azalmaya səbəb "Softlayer" şirkətinin serverlərində yerləşdirilmiş ".info" zonasında 28 milyon host adı silinib. Bununla belə, internetdəki yeni domenlərin sayı 1 ay ərzində 1,2 milyon artıb. Məlumat üçün bildirim ki, "Apache" veb-serveri 64.20 faiz göstərici ilə bu bazarda liderliyini qoruyub saxlayır.



EMİL



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024