12px13px15px17px
Tarix:03/05/12

“Webby” internet-mükafatının qaliblərinin adları açıqlanıb

Artıq 16 ildir ki keçirilən “Webby Awards” internet mükafatının münsiflər heyəti müxtəlif nominasiyalar üzrə 2012-ci ilin qaliblərinin adlarını elan ediblər. Mükafatlandırma mərasimi mayın 21-nə təyin edilib.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, "İlin sıçrayışı" nominasiyasında  “Webby” mükafatına “Instagram” fotoxidməti layiq görülüb. Məlumat üçün qeyd edim ki, “Facebook” sosial şəbəkəsi bu yaxınlarda “Instagram” fotoxidmətini 1 milyard dollara satın alıb.

“Webby 2012” İnternet mükafatının müxtəlif nominasiyalar üzrə qalibləri  sırasında, həmçinin “Google+” və “Pinterest” sosial şəbəkələri, “Spotify”  musiqi xidməti, “Dropbox” adlı “bulud” xidməti də var.
 



EMİL




Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024