12px13px15px17px
Tarix:03/05/12

“Nokia” rəqiblərini ittiham edib

Finlandiyanın "Nokia" şirkəti "HTC", "Research in Motion" və "ViewSonic"-i  onun 45 patentlənmiş texnologiyasından qanunsuz olaraq istifadə etməkdə ittiham edərək onlara qarşı iddia qaldırıb.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkəti patent hüququnun hansı məhsullarında pozulduğu və cavabdehlər qarşısındakı tələblərini dəqiqləşdirməyib.

"Bizim patentlərimizi 40-dan çox şirkət lisenziyalaşdırıb. Biz innovasiya və texnologiyalarımızdan qanunsuz istifadə edilməsinin qarşısını almaq üçün iddia qaldırmışıq" - "Nokia" şirkətinin baş hüquqşünası Luiza Pentland (Louise Pentland) bildirib.

"RIM" və "ViewSonic" şirkətinin nümayəndələri hələ ki "Nokia" şirkətinin  iddiasına cavab verməyiblər. "HTC" şirkətinin nümayəndələri "Röyters" agentliyinə bildiriblər ki, onlar "Nokia"nın patentlərini 2003-cü ildən lisenziyalaşdırır və hazırda təhlil üçün iddia ərizələrinin surətini gözləyir.Qeyd edim ki, "Nokia" şirkəti dünyada ən böyük mobil telefon  istehsalçılarından biridir.

EMİL




Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024